Mayın 13-də Bakının Nərimanov rayonu ərazisində ictimai asayişi pozan 5 nəfər polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib. Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Nazirlik hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini bildirir.
Yerli mətbuatın yazdığına görə, hadisənin iştirakçılarından olan İsa Əzizov Azərbaycanın Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və onun qardaşı Milli Məclisin deputatı Adil Əliyevin qohumudur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?