Rəsmilər deyir ki, son illərdə Şimali Amerika və Avropada on minlərlə biznes və təşkilatları Şərqi Avropanın kiber cinayət şəbəkəsi tərəfindən hədəf alınıb.
ABŞ prokuroru cümə axşamı beş ölkədə GozNym adlı zərəli proqramdan istifadə edən müttəhimlərə qarşı cinayət işi qaldırıb. Şimali Amerika və Avropa polisi bildirir ki, 11 kiber cinayətkar bank hesablarından 100 milyon dollardan çox pul oğurlamaq məqsədilə 41 min kompyuterə GozNym adlı virus salıb.
“Çox yaxşı bildiyimiz ki, kiber cinayət beynəlxalq problemdir və buna beynəlxalq həll yolu lazımdır. Bu, həqiqətən də sərhədi olmayan cinayətdir. Dünya boyu insanlar bu cinayətin qurbanı olur və cinayətkarlar bir kliklə şəxslər və bizneslətə milyonlarla dollar dəyərində ziyan vura bilir. Biz həm də bilirik ki, cinayətkarlar, serverlər və onların təşkilatları dünyanın hər bir yerində fəaliyyət göstərə bilər. Bu isə o deməkdir ki, onların miqyası digər cinayət növlərindən fərqlidir” – ABŞ prokuroru Skot Bredi bildirib.
Prokurorlar deyir ki, cinayətkarlar qurbanlarının kompyuterlərini işçilərə “fişinq” emailləri yollayaraq çıxış əldə edib.
Kiber cinayətkarlarından altısı ABŞ, Gürcüstan, Moldova və Ukraynada həbs olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?