Mayın 18-də Repressiya və İşgəncələr Əleyhinə Komitə ölkədəki repressiya və işgəncələrlə bağlı ictimai dinləmələr keçirib.
Dinləmələrdə ictimai-siyasi xadimlər, hüquq müdafiəçiləri, işgəncələrə məruz qaldığı iddia edilən insanların ailə üzvləri iştirak edib. “Tərtər işi”, “Gəncə işi”, “Nardaran işi”, “Eurovision məhbusları” işləri adlandırılan cinayət işləri üzrə ittiham edilən insanların yaxınları işgəncə faktlarından danışıb.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Repressiya və İşgəncə Əleyhinə Komitənin təşkilat qrupu fəaliyyətini davam etdirir.
“Bizə mane olmağa çalışırlar. Mane olmaq istəyənlər hüquq-mühafizə orqanlarıdır. Məni Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa çağırıblar. İstəyirlər bu fəaliyyəti dayandıraq. Biz fəaliyyətimizi dayandırmağa hazırıq. Amma işgəncə faktları ilə bağlı cinayət işi qaldırılmalı və işgəncələrə hüquqi qiymət verilməlidir. Gərək işgəncələr dayandırılsın, insanlar öldürülməsin. Elə insan var ki, nəşi hələ də ailəsinə verilməyib. Biz susmayacağıq, sözümüzü deyəcəyik. Bəzi insanları çarmıxa çəkiblər, işgəncələr veriblər,” o qeyd edib.
Oqtay Gülalıyev: Son zamanlar fəalların həbsi, işgəncələr, bəzi hallarda insanların qətli genişlənməkdədir Seymur Əhmədov Bərdə rayonundandır. Onun oğlu Mürşüd 2017-ci ilin mayında həbs edilib. “Tərtər işi”nin istintaqı zamanı işgəncələrə məruz qaldığını iddia edir. O, oğlunun məktubunu diqqətə çatdırıb:
Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib Bizə cərəyan bağladılar, butulka, truba ilə döyürdülər. Həbsdə olan Mürşüd Əhmədovun məktubundan sitat “Mən məmurların özlərindən uydurduğu cinayətə məhkum edilmişəm. Biz, aprel döyüşçülərinin vətənə məhəbbətini ölməyə qoymayın. Hərbi mafiyadan bizi qoruyun. 1 maydan 22 mayadək bizə işgəncə verdilər, çoxsaylı insanları öldürdülər, ağır işgəncələrə məruz qoyub vətənə xəyanətdə günahlandırdılar. Cinayəti etmişəm deyənlərə 6-7 il, etməmişəm deyənlərə 15-16 il həbs verdilər. Mən orduya gəlməmişəm ki, şərəfsizliyi seçim. Bizə cərəyan bağladılar, butulka, truba (boru) ilə döyürdülər. Mən xahiş və tələb edirəm ki, insani və konstitusion hüquqlarımı bərpa etsinlər. Peyk vasitəsi ilə həmin günlərin video görüntülərini təqdim etsinlər. Hərbi qərargah işgəncə laboratoriyası, cəllad emalatxanası, əsir düşərgəsi idi,” ata oğlunun məktubunu oxuyub.
“Gəncə işi” üzrə həbsdə olan Mirzə Hüseynovun anası Etibar Hüseynova deyib ki, oğlunun gözlərini bağlayıblar, başına salafan torba keçirib işgəncə veriblər.
Gəncə hadisələri ilə bağlı həbs edilənlərin yaxınları işgəncə faktlarının araşdırılmasını tələb edir “Oğlumun bədəninə elektrşok veriblər. ƏI-ayağını bağlayıblar, su, yemək qoyublar. Əli-ayaqları bağlı insan necə yemək yeyə bilər?”, ana göz yaşları içərisində kömək istədiyini bildirib.
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir) "Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir) Rəşxəndə Mustafayeva hərbi xidmət zamanı müəmmalı şəraitdə ölən Nəbi Mustafalının anasıdır. O, oğlunun ölümü ilə bağlı aparılan istintaqdan narazıdır.
Oğlumu öldürəni tapmırlar. Vətəni sevən oğlanı arxadan güllə ilə vurmazlar. Cinayət işini bağlayırlar. Rəxşəndə Mustafayeva, öldürülən hərbçinin anası “Oğlum 2018-ci ilin yanvarında əsgərliyə gedib. Oğlumun gözü yaxşı görmürdü. Onu arxa cəbhəyə yox, ön cəbhəyə göndərdilər. Rabitə hissəsində xidmət etməsi üçün 1000 manat verdik. Orada oğluma ağır işgəncələr verilib. Oğlum rasiyada eşidiklərinə görə öldürülüb. Cənab prezident, mənə cavab verin. Sizin oğlunuz da əsgərdir. Mehriban xanım, əsgər anasısınız. Oğlum arxadan avtomatla güllələnib. Oğlumu öldürəni tapmırlar. Vətəni sevən oğlanı arxadan güllə ilə vurmazlar. Cinayət işini bağlayırlar. Neçə milyon alıblar, cinayət işini bağlayırlar. Oğlum tabor komandiri ola-ola necə ola bilər ki, özünü öldürsün. Özü-özünü öldürürsə niyə araşdırmamırsınız?. Oğlum iki güllə ilə öldürülüb. Arxadan 15 santimetrdən vurulub,” ana qeyd edib.
Ana özünün də hədələndiyini deyib. “İndi də məni hədələyirlər, öldürmək istəyirlər,” o bildirib.
“Eurovision məhbusları” işi üzrə həbsdə olan Nəriman Abbasoğlunun xalası Nəzakət deyib ki, bacısı oğlu 2012-ci il aprelin 6-da həbs edilib.
/**/ /**/ /**/ MTN əməkdaşları əməliyyat zamanı SEE ALSO: Terrorçu dəstənin 29 üzvünə hökm oxunub “Biz o zaman öz uşaqlarımızın hüquqlarını müdafiə etmədik. Aksiyalar keçirmədik. Onları çox sakitliklə həbs etdilər. “Euorvision məhbusları” 29 nəfərdir. Onlardan 3-nə ömürlük həbs veriblər. Bizim minlərlə məktublarımıza cavab vermirlər. Bacım oğlu Elçin Quliyevin (keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi olub, sonradan həbs edilib-red) sifarişi ilə həbs edilib. Elçin Quliyev vəzifə səlahiyyətini aşıb, Nərimana istintaq zamanı güc tətbiq edilib, işgəncə yolu ilə ifadə alınıb. Sübutlar saxtalaşdırılıb. ittiham sübuta yetirilməyib, ittiham üzrə heç bir araşdırma aparılmayıb, saxtalaşdırılıb,” o qeyd edib.
Ali Məhkəmə "Nardaran işi-3" üzrə şikayəti təmin etməyib “Nardaran işi” üzrə həbsdə olan Elçin Qasımov bildirib ki, problemlərin həlli üçün ölkədə ədalətli məhkəmə sisteminin yaradılmasına çalışmaq lazımdır.
Bütün insanlar bilməlidir ki, bu hamının problemidir. Çünki heç kim işgəncədən sığörtalanmayıb. Elçin Qasımov, Nardaran hadisələri ilə bağlı həbsdə olmuş şəxs
“Doğrudur, bu məhkəmə sistemini düzəltmək çox çətindir. Bizə ağır işgəncələr verildiyini məhkəmədə səsləndirmişik. İndiyədək işgəncə ilə bağlı hərəkətlərə heç bir hüquqi qiymət verilməyib. Mən noyabrın 5-də həbs olunmuşam. Bir aydan sonra evimizdə axtarış keçirib, guya silah tapıblar. İstintaq təcridxanasından banditizmə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi -red) qaytarıblar, sonra 14 gün mənə işgəncə veriblər. Bütün insanlar bilməlidir ki, bu, hamının problemidir. Çünki heç kim işgəncədən sığörtalanmayıb,” Qasımov deyib.
Milli Şuranın sədri Cəmil Həsənli işgəncələrə görə hazırki hökumətin məsuliyyət daşıdığını bildirib.
“İnsanlar övladalrını itirib. İstintaq altında insanlar döyülərək qətlə yetirilib. Vətənə xidmət üçün göndərilən insan zabit özbaşınalığının qurbanı olub. Ana övladının istintaqının düzgün aparılması üçün müraciət edir. Amma müraciətinə baxan yoxdur. Çox böyük hazsızlıqdır. İşgəncə altında öldürülən Mehman Qələnədərovu yaxşı tanıyırdım (hazırki hökumətin tənqidçisi olmuş bloger Mehman Qələndərovun istintaq təcridxanasında müəmmalı şəraitdə öldüyü bildirilir-red). O, ictimai fəal idi. Ölkəyə qayıdan kimi həbs etdilər və öldürdülər. Onu gizli dəfn etdilər. Amma hüquq müdafəçiləri bunu aşkarladı.”
Haminiz ədalət axtarırsınız. Amma, kimdən ədalət diləyirsiniz? Cəmil Həsənli, Milli Şuranın sədri Həsənli zala müraciət edərək deyib: “Haminiz ədalət axtarırsınız. Amma kimdən ədalət diləyirsiniz? Bu işgəncə aparatının başında şəxsən İlham Əliyev dayanır. İşgəncə aparatının başında sizin ədalət umduğunuz, müraciət etdiyiniz İlham Əliyev dayanır, onun yaratdığı aparat dayanır, idarəetmə sistemi dayanır. Britaniya xarici işlər nazirliyi yazıb ki, korrupsiya Azərbaycanda gündəlik həyatın ayrılmaz atributudur. Eyni sözləri eyni ilə Azərbaycan hüquq sisteminə aid etmək olar. İşgəncələr Azərbaycan hüquq sisteminin ayrılmaz atributudur. Bu, sistemin doğurduğu bir fəlakətdir. Azərbaycan hüquq sitemində işgəncə laboratoriyaları yaradılıb. Dəhşətli işgəncələr verilir. Bunlar tarixdən də dərs ala bilmədilər. 1937-ci illərin işgəncələrini verənlər də cəzasını aldı. O məhkəmələr indiki Azərbaycan məhkəmələrindən daha ədalətli idi. Sovet hüquq sistemi insanların hüquqlarını indiki Azərbaycan hüquq sistemindən daha yaxşı müdafiə edirdi. Sovet hüquq sistemi insanların cibinə narkotik atıb şərləmədi. Bu gün Azərbaycanda qabaqcadan ssenariləşdirilmiş əməliyyatlar keçirilir. İstintaq ssenariyə uyğunlaşdırılır. İşgəncə altında ssenarilərinə uyğun ilfadələr alırlar. Azərbaycanda işgəncə laboratoriyalarında həyata keçirilən işgəncələr 37-ci ildən daha ağır, daha dəhşətlidir. 37-də insanların bədəninə elektrik cərəyanı buraxılması praktikası yoxdur. Elektrik cərəyanından 37-də işgəncə aləti kimi istifadə edilməyib. Bu gün Azərbaycanda istintaq olmadan, məhkəmə olmadan insanları terrorist adı ilə öldürürlər. Tərtərdə hərbçilər işgəncə altında döyülüb öldürülüb. İnsanlar öldürüldükdən sonra yaşadığı məntəqədə belə dəfn edilməsinə imkan verməyiblər. Belə hallar sovet vaxtında olmayıb,” Milli Şuranın sədri deyib.
Onun fikrincə, cəmiyyət mübarizə aparmalı, belə hallara qarşı cəmiyyətin müqviməti olmalıdır.
“Əliyev rejiminin işgəncə bəlasına son verilməlidir, hüquqi qiymət verilməlidir. İlham Əliyev işgəncə verənləri cəzalandırmır. Bu, cəzasızlıq mühitinin nəticəsidir. Azərbaycanda mütəşəkkil cinayətkar dəstə insanlara işgəncə verənlərdir,” o qeyd edib.
Öz növbəsində, Azərbaycan hökuməti bütün fundamental hüquqların tam bərpa edildyini, insanların qanun qarşısında bərabər olduğunu qeyd edir. Hüquq mühafizə orqanlar işgəncə və repressiyalarla bağlı tənqidləri qəti şəkildə təkzib edir və qərəzli sayır. İnsanların qətlə yetirilməsi ilə bağlı məlumatlara gəlincə, həmin şəxslərin qanuni tələbə tabe olmayaraq silahlı müqavimət gösytərdiyi zaman öldürüldüyü bildirilir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar Azərbaycan hökumətini işgəncə faktlarına hüquqi qiymət verməyə çağırır. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir. Amnesty İnternational təşkilatı Azərbaycanda onadək insanı “vicdan məhbusu” elan edib. Yerli hüquq müdafiəçiləri hazırda səksənədək siyasi məhbusun olduğunu bildirir.
“Tərtər işi" 2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılır.
“Gəncə işi” 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyir).
Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.
Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb.
Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.
Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.
“Nardaran işi” 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.
Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.
“Eurovision məhbusları” 2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfər həbsdədir. 2013-cü il noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların 3 nəfəri ömürlük, digərləri isə 9 ildən 15 ilədək azadlıqdan məhrum edilib.
İttihama görə, beynəlxalq radikal terrorçu şəbəkənin Azərbaycanda terror aksiyalarının törədilməsi üçün regionda fəaliyyət göstərən Vüqar Padarovla (Azərbaycanda hüquq-mühafizə orqanlarına silahlı müqavimət zamanı öldürülüb) eyni səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeyd" ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror həyata keçirməyi planlaşdırıblar.
Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, ölkənin müxtəlif bölgələrində silahlı qarşıdurma zamanı terroru planlaşdıran dəstənin bir neçə üzvü öldülüb. Atışma zamanı həmçinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, hüquq mühafizə orqanlarının ondan çox əməkdaşı yaralanıb.
Bununla yanaşı, həbsdə olan şəxslər məhkəmələrdə ittihamları qəbul etməyib. Onların yaxınları işgəncələrə məruz qaldıqlarını bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?