Bakıda mənzildən quldurluq edən Zemfira Bağırzadə barəsindəki hökmdən Ali Məhkəməyə müraciət edib.
Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi xahiş edib. Şikayət hakim Fərhad Əliyevin icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək. Qeyd edək ki, hadisə 2017-ci ildə Xətai rayonu hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, Z. Bağırzadə isə 11 il, C. Hümbətov isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onu da qeyd edək ki, Z. Yunusova Azərbaycan Dövlət Dillər Universitetinin (ADU) keçmiş rektor əvəzi Dünyamin Yunusovun həyat yoldaşıdır./bakupost
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?