2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələrinə görə həbs edilmiş Əliəsgər Cabbarov azadlığa çıxıb.
Gundemxeber.Az bildirir ki, bu barәdә AzadlıqRadiosuna hüquq müdafiәçisi Rәsul Cәfәrov mәlumat verib.
Əliəsgər Cabbarov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəzası bitdiyi üçün azadlıqdadır.
Yerli hüquq müdafiәçilәri Әliәsgәr Cabbarovu siyasi mәhbus kimi tanıyıb.
Xatırlatma
Rəsmi məlumata görə, Cabbarovların həyətindəki tikilidən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş "Karabin" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası və 1 süngü-bıçaq götürülüb.
Əliəsgər Cabbarova CM-nin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham irəli sürülüb vә o, 2 il 3 ay müddәtinә azadlıqdan mәhrum olunub.
Cabbarovun yaxınları isə ittihamın yalan olduğunu bildirirlər.
2015-ci il noyabrın 26-da polis Bakının Nardaran qәsәbәsindә xüsusi әmәliyyat keçirib.
Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40-dan çox adama daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırova 20 il, digərlərinə isə 10 ildən 20 ilə kimi həbs cəzası verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?