Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sifariş olunan Sosial Evlərin tikintisi zamanı cinayət faktı aşkarlanıb.
Gundemxeber.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, "Hünər - İnşaat" Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Hünər İnşaat" firması 2017-ci ildən bu günədək MİDA-nın elan etdiyi tenderlərdə 4 dəfə qalib gəlib və ümumilikdə, bu şirkətlə təmxinən 41 milyon manatlıq müqavilə imzalanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?