Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirmək istəyən şəxslər hakim qarşısına çıxarılıb. Onlardan biri qadındır.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirməkdə ittiham edilən 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu, Xalidə Ağayeva və 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızının cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxslər başında bəraət hökmü çıxarılıb. Həbsdə olan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Aynur Abdullayeva barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, ev dustaqlığında idi.
Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, hər iki şəxs ötən il iyunun 30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Belə ki, DSX əməkdaşları Astara şəhər sakini İbrahim Əhmədovu Astara rayonu ərazisində saxlayan zaman ondan 2 kiloqram heroin və 568 qram metofitamin müəyyənləşdirərək götürüblər.
Bundan sonra narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub. Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini Xalidə Ağayeva Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla əlbir olmaqda ittiham edilən şəxslər də məsuliyyətə cəlb edilib.
Saxlanılmış şəxslər barəsində Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?