Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Nevski rayonunda üç nəfəri öldürməkdə şübhəli bilinən rusiyalını (ad və soyadı açıqlanmır) Penza şəhərində saxlayıb.
Gundemxeber.Az-ın məlumatına görə, hadisə 2002-ci ildə baş verib. Əvvəllər də məhkum olmuş şəxs iyunun 2-də ərzaq almaq üçün Həmrəylik prospekti ilə Podvoysk küçəsinin kəsişməsində yerləşən dükanlar tərəfə gedib. Saxlanılan üç azərbaycanlı ilə arasında baş verən söz mübahisəsi və davanın səbəbini xatırlamır. Azərbaycanlılar tərəfindən ərazidən qovulan 33 yaşlı Leninqrad sakini bu cür təhqirə dözməyib. Bir müddətdən sonra o, dostları ilə bərabər geri dönüb. Lakin söhbət yenə də alınmayıb və bu zaman saxlanılan opponentlərinə yeddi güllə vurub. Kişilərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada həyatını itirib. Qatil ərazidən qaçıb. Özünə yeni sənədlər hazırlayan cinayətkar Rusiyanın regionlarını və dünya ölkələrini gəzib. Nəhayət, bir müddətlik Penzada qalmaq qərarına gələn şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Üç nəfəri öldürməkdə ittiham olunan şəxs artıq Sankt-Peterburqa aparılıb. İstintaq komitəsi cinayət işinin istintaqını yeniləməyi planlaşdırır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?