"Mercedes"lə iki nəfəri vuraraq öıdürən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə iki nəfəri vurub öldürməkdə təqsirləndirilən Orxan Həziyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib..
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib.
Hadisə ötən il oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində baş verib.
Qubadlı rayon sakini O.Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Piyadalar hadisə yerində ölüblər.
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılan O.Həziyevin barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?