Oktyabrın 29-da Bakı vaxtı ilə saat 11.30 radələrində mülki geyimli şəxlər Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyevi saxlayıblar.
Bu barədə Amerikanın Səsinə Emin Manıyevlə birgə olan şəxslər bildiriblər.
“Hazırda bizi də izləyirlər,” Zəfər Əhmədov deyib.
Facebook-da Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.
Milli Şura noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır.
Rəsmi qurumlar Manıyevin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.
Milli Şuranın oktyabrın 19-da mitinq keçirməyə cəhdi zamanı çoxsaylı insanların saxlanılması və həbsi geniş müzakirələrə səbəb olub. Beynəlxalq qurumlar dinc nümayişçilərin tutulmasını pisləyən bəyanatla çıxış edib. Rəsmi Bakı isə tənqidləri qəbul etmir.
Müxalifət aksiya zamanı yüzlərlə insanın salxanıldığını bildirir. Onlardan 30-dan çox insan 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib və ya cərimələnib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?