Almaniyada azərbaycanlıların da şahid kimi dindirildiyi məhkəmə prosesi başa çatıb.
Otən gün Almaniyanın Bamberg Federal Məhkəməsində keçirilən iclasda Eritreyadan olan 23 yaşlı qaçqın Adehanom E-yə hökm oxunub. Hökmə əsasən, Adehanom E. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İki Azərbaycan vətəndaşının da şahid kimi dindirildiyi məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. O bildirib ki, Adehanom E. daha üç sığınacaq axtaran şəxslə birləşərək qaçqın kampında dava salıb və otaqlardan birini yandırıb. Nəticədə təhlükəsizlik xidmətinin üç qaçqın kampının digər sakinlərindən isə iki nəfər yaralanıb. Dövlət ittihamçısı şahid ifadələrinə əsaslanaraq qeyd edib ki, saxlanılan şəxslərin məqsədi yataqxana kimi istifadə olunan binanı yandıraraq yüzlərlə insanı öldürmək olub. Qeyd edək ki, 2018-ci ildə Bamberg şəhərində yerləşən və Azərbaycan vətəndaşlarının da qaldığı yataqxanada deportasiya qərarına etiraz edən 23 yaşlı Eritreya vətəndaşı qabaqcadan 3 nəfərlə əlbir olaraq yataqxana matraslarını üst-üstə yığaraq yandırıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Qısa zamanda yanğın söndürülərək alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Yaranan qarşıdurma zamanı üç təhlükəsizlik xidmətinin əməkdaşı və iki sığınacaq axtaran şəxs bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıblar.//Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?