Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib.
Dünən qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nigahdan bir yaşında övladı olub. A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı sonra oradan ayrıldığı bildirilir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə faktı təsdiqləyib:
“2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər. Aytən polisə məlumata vermişdi ki, onları ölüm həddinə atası çatdırıb. Bundan sonra atası 4 il müddətinə həbs edildi.Qətlə yetirilən qadın hüquq-mühafizə orqanları tərəfindən bizim sığınacağa yerləşdirildi. Sonra isə Ümid adlı şəxslə tanış olduqdan sonra sığınacağı tərk etdi. Ailəsi ilə aralarında ev üstündə mübahisə var idi. Sənədlərini qaydasına salıb ailəsini məhkəməyə vermək istəyirdi.İndi eşidirəm ki, qardaşı namus üstündə onu öldürüb. Mərhumun əxlaqsızlıq etməsinə inanmıram. Heç bir yaşı olmayan övladı yetim qaldı. Körpə indi Aytənin rəfiqəsindədir.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?