GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda ŞOK HADİSƏ: Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...

Azərbaycanda ŞOK HADİSƏ: Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...

Tarix: 13-12-2019, 21:09 Bölmə :Kirminal Baxış: 410
Azərbaycanda ŞOK HADİSƏ: Rusiyadakı dostunu arvadı ilə yazışarkən tutdu, qızını...


Quba rayonunda cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Məhəmməd Məmmədov və 1995-ci il təvəllüdlü Əli Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arvadına mesaj yazdı

Məhəmməd Məmmədov həmyerlisi Babək Vəliyevin Rusiya Federasiyasında olarkən mobil telefon vasitəsilə onun arvadına gizli mesajlar yazması ilə əlaqədar ailələri arasında mübahisə yaranıb.

Məhəmməd Məmmədov yaranmış mübahisəyə aydınlıq gətirmək və Babək Vəliyevi cəzalandırmaq məqsədilə mütəmadi olaraq sonuncunun qardaşı Bəhram Vəliyevlə telefonla danışıb və Babəki onun qarşısına gətirməsini tələb edib.

Cəzalandırmaq məqsədi

İstintaq sənədlərinə görə, 10 iyun 2018-ci il tarixdə, saat 12.15-da Məhəmməd Məmmədovun qardaşı Fərid ona zəng vurub və Babək Vəliyevlə “Pirvahid yolu” adlanan yerə getdiklərini deyib.

Məhəmməd Məmmədov dərhal Quba-Bakı yolunun Quba rayonu Pirvahid kəndindən keçən 17-ci kilometrliyində yolun sağ kənarında yerləşən “Albalı” kafesinin qarşısına gələrək onları gözləyib. Həmin vaxt oraya gələn Babək Vəliyevin atası Natiq ilə mübahisə edib, onu nalayiq ifadələrlə təhqir edib.

Atasının təhqir olunmasına dözmədi

Bu zaman Natiq Vəliyevin digər oğlu Təbriz atasına qarşı edilən nalayiq hərəkətlərə etiraz əlaməti olaraq əli ilə Məhəmməd Məmmədovun ağız nahiyəsinə vuraraq, onu itələyib.

Bundan sonra Məhəmməd Məmmədov aralarında yaranmış münaqişənin şəxsi münasibətlər zəminində başlanmasına baxmayaraq, münaqişənin gedişində ona qoşulmuş qohumu Əhməd Heydərov ilə birlikdə dava salıblar.

Bıçaqlı dava

Onlar Təbriz Vəliyevi döyüblər, həmin vaxt Məhəmməd Məmmədov özündə olan bıçaqla onun sol bud nahiyəsinə xəsarət yetirib. Əhməd Heydərov isə bıçaqla Təbriz Vəliyevin sifət nahiyəsinə qəsdən bir dəfə vurub.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.

“Mənim evimə gəlmədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd Məmmədov bildirib ki, Quba rayonu Pirvahid kəndindən olan Babək Vəliyevi yeznəsi Samir Babayevin sayəsində tanıyıb: “Babək Samirlə birlikdə hərbi xidmətdə olub. 2008-cü ildən Babəkin bizim evə gediş-gəlişi olub və aramızda dostluq münasibətləri yaranıb. 2013-cu ildə evləndim və 3-4 ay idi ki, atamdan ayrı yaşayırdım. Ayrı yaşadığım müddətdə Babək mənim evimə gəlmədi”.

“Babək “Mənə elə sən lazımsan”, - deyə yazıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin sentyabrında Babək Vəliyev Rusiya Federasiyasında olan zaman ona əvvəlcədən borclu olduğu 100 manatı göndərib: “Həmin ilin sentyabrın sonunda Babək özünün istifadəsində olan hazırda xatırlamadığım mobil nömrəsi ilə istifadə etdiyim mobil telefona “Whatsapp” sms proqramı vasitəsilə ismarıc göndərək həmin pulun mənə çatmasını soruşdu. Həmin vaxt həyətdə olduğum üçün telefonuna gələn ismarıcı həyat yoldaşım Gülnar oxuyaraq cavabında “Rəsul hazırda həyətdədir, mən sizin sözünüzü ona çatdıraram” yazıb. Bu zaman Babək “Mənə elə sən lazımsan”, - deyə yazıb. Yoldaşım isə ona cavab olaraq “biz bacı-qardaşıq, mənimlə belə danışma” yazıb”.

“Söhbətlər öncə valideynlərimın, sonra isə kənd camaatı arasında yayıldı”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra yoldaşı ona bu barədə bildirib: “Mən də yoldaşım ilə telefonumdakı ismarıcları oxuduğuna görə mübahisə etməyə başladım. Aramızda olan mübahisə böyüdüyü üçün yoldaşım evdən çıxaraq atasının evinə getdi. Bu səbəbdən də yoldaşım ilə aramızda olan söhbətlər öncə valideynlərimın, sonra isə kənd camaatı arasında yayıldı. Həmin vaxt Rusiyada olan Babəkin qardaşı Bəhramla telefonla əlaqə saxladım, onu Babəklə danışdırmasını istədim. Həmin vaxt Bəhram olanlardan xəbərdar olduğu üçün Babəki bir həftə ərzində kəndə gətirəcəyinə söz verdi. Bəhramla danışığım zaman ona intiqam almaq məqsədi ilə Babəkin qızını maşına əyləşdirib, kənddə fırlanmaqla onun namusuna sataşa biləcəyimi bildirdim”.

Məhəmməd Məmmədov daha sonra ifadəsində hadisə günü baş verən olaylardan danışıb. Digər təqsirləndirilən Əli Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Birinə şərti cəza, digərinə bəraət...

Əli Babayev həmkəndliləri Məhəmməd Məmmədovla Təbriz Vəliyevin dava etdiyinin şahidi olsa da, onların arasında olan davaya müdaxilə etmədiyini, Təbriz Vəliyevə bıçaqla xəsarət yetirmədiyini deyib.

Quba rayon Məhkəməsinin hökmü ilə Məhəmməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilib, ona 2 il şərti cəza təyin edilib.

Prokuror şikayət etdi, təmin edilmədi

Digər təqsirləndirilən Əli Babayevin barəsində olan ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Quba rayon Məhkəməsinin çıxardığı hökmün ləğv olunmasını, onların barəsində ittiham olunduqları maddə üzrə ağır cəza təyin olunmasını istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin olunmayıb.//publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... - Gəncədə DƏHŞƏTLİ OLAY

    Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə ...

    5-09-2018, 12:07

  • 
  • Arvadını zorladı, aldadaraq otağa saldı, sonra başqa kişilərlə... - Azərbaycanda İYRƏNC OLAY

    Arvadını zorladı, aldadaraq otağa saldı, sonra ...

    27-03-2019, 16:18

  • 
  • Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi başladı

    Həmkəndlisini öldürən 20 yaşlı gəncin məhkəməsi ...

    18-04-2015, 22:53

  • 
  • Bacanağının qızını zorlayana 15 il cəza istənildi

    Bacanağının qızını zorlayana 15 il cəza istənildi ...

    12-10-2015, 13:42

  • 
  • Narkoman kişi 10 yaşlı qıza binanın damında bıçaq çəkib zorladı, sonra... - Azərbaycanda DƏHŞƏT

    Narkoman kişi 10 yaşlı qıza binanın damında bıçaq ...

    6-11-2018, 15:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (300)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu