GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » AXCP funksioneri konstitusiya quruluşunu zorla dəyişməkdə günahlandırılır, 4 aylıq həbs qətimkan tədbiri seçilib

AXCP funksioneri konstitusiya quruluşunu zorla dəyişməkdə günahlandırılır, 4 aylıq həbs qətimkan tədbiri seçilib

Tarix: 29-07-2020, 14:24 Bölmə :Kirminal Baxış: 338
AXCP funksioneri konstitusiya quruluşunu zorla dəyişməkdə günahlandırılır, 4 aylıq həbs qətimkan tədbiri seçilib


İyulun 28-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

AXCP məlumatına görə, Məmməd İbrahim Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə tabe olmamaq), 278.1-ci (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinib.

Vəkil Asabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Məmməd İbrahim məhkəmədə ona verilən ittihamları qəbul etməyib. O, ittiham tərəfinin məhkəməyə ən azı ilkin sübutları təqdim etməsini tələb edib.

“Mən nə yürüşdə, nə onun təşkilində, nə də mitinqdə iştirak etməmişəm. İttiham tərəfi hər hansı sübut təqdim etmədən məni günahlandırır. Bu ittihamlar tam uydurmadır,” o, məhkəmə heyətinin diqqətinə çatdırıb.

Məmməd İbrahim iyulun 26-da hazırda həbsdə olan oğlu Mehdi İbrahimova baş çəkməyə gedərkən saxlanılıb.

Məmməd İbrahimin oğlu iqtidarda olan Yeni Azərbaycan Prtiyasının üzvü Mehdi İbrahimov iyulun 15-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi qaldırılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İttihama görə, onun oğlu koronavirusa yoluxub, karantinə alınıb və karantin qaydasını pozaraq iyulun 14-də yürüşə qatılıb, xəstəlik yayıb.

“Halbuki heç bir zaman hər hansı bir həkim Mehdiyə baxmayıb və o, karantinə alınmayıb. Əgər, doğrudan da belə bir iş olsa idi, oğlumun həyat yoldaşı, övladı, mən atası, anası da karantinə alınmalıydıq. Bu olmayıb və Mehdi heç zaman karantinə alınmayıb, məcburi müalicəyə cəlb edilməyib. Elə isə necə olub ki, karantində olan adama iyulun 14-də və əvvəlki günlərdə sms icazə ilə evdən çıxmağa icazə verilib? Əgər bu insan xəstə idisə hansı səbəbdən polis şöbəsində saxlanılır. Bu qədər saxtakarlıq olmaz,” Məmməd İbrahim öz həbsindən qabaq Amerikanın Səsinə müsahibəsində oğlunun həbsinə münasibət bildirib.

İyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin digər üzvü Fuad Qəhrəmanlı barədə də eyni ittihamlarla, Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) 3 aylıq həbs qətimkan tədbiri seçib.

Əli Kərimli: Dayandırın absurd repressiyanı!
AXCP sədri Əli Kərimli bildirib ki, AXCP-yə, Qarabağsevər insanlara qarşı aparılan repressiya birbaşa milli maraqlara ziddir.

"Hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirir. Vicdanlı insanların ölkənin sabahı ilə bağlı narahatlığını daha da artırır. Azərbaycanı işğalçı dövlət qarşısında zəif duruma salır. Bu səhv durdurulmalıdır.

14 iyul mitinqindən artıq iki həftə keçib. Hökumət bu müddətdə həbs etdiyi cəbhəçilərin hansısa zorakılıq və təxribatda iştirakını sübut edən bircə dənə də foto və video görüntü ortaya qoya bilmədi. Çünki belə şey olmayıb. Onların günahsızlığını sübut edən faktlar isə ortadadır. Bu iş üzrə həbs edilmiş AXCP Rəyasət Heyəti üzvlərindən 4 nəfər ümumiyyətlə həmin aksiyada iştirak etməyib. Rəyasət Heyətinin həmin aksiyada olmuş yeganə üzvü, Qarabağ qazisi Asif Yusifli isə elə aksiya zamanı canlı yayımda etdiyi çıxışı ilə birmənalı şəkildə hökumətin ittihamlarını yerdən yerə vurub - hər hansı təxribatdan əvvəl bəyan edib ki, onun və onunla birlikdə olanların bu aksiyada Qarabağdan başqa tələbi və məqsədi yoxdur.

Zərərin harasından qayıtsan, qazancdır deyiblər. Qarabağ mitinqini bəhanə edib, AXCP funksionerlərini, digər Qarabağsevərləri kütləvi şəkildə həbs etmək milli maraqlar baxımından səhvdir, zərərdir, yarıdan da olsa, qayıtmaq lazımdır. Bir halda ki, xalqı aldada bilmədiniz, həbs edilənlərin günahsızlığını, başladılan cinayət işinin saxta, qurama olduğunu, ittihamların fiaskoya uğradığını indi hamı bilir. Dayandırın bu absurd repressiyanı! AXCP funksionerlərini, Qarabağsevərləri azad edin! Vətənə daha bir pislik etməyin!” o qeyd edib.

Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, 14-15 iyul mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. Bu barədə Müsavat Partiyasının məlumatında deyilir.

Məlumata görə, iyulun 28-də partiyanın videokonfrans rejimində keçirilən iclasında Bakıda milli orduya dəstək məqsədilə keçirilən 14-15 iyul aksiyasından sonra həbslər müzakirə olunub

“Aksiyada iştirak edən onlarla şəxsin, o cümlədən AXCP üzvlərinin həbsi ölkədə repressiyaların davamı kimi qiymətləndirilib.

Müsavat Partiyası hesab edir ki, bu həbslər insan hüquqlarının kobud pozuntusu olmaqla bərabər, həm də Azərbaycanın dövlət mənafeyinə ziddir.

Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, mitinqdən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir,” - məlumatda bildirilir.

AXCP-nin məlumatına görə, iyulun 14-də Azərbaycan ordusunu müdafiə məqsədi ilə keçirilən aksiya zamanı yaranan insidentlə bağlı qaldırılan cinayət işi üzrə ümumilikdə bu partiyanın 39 fəalı saxlanılıb. Onlardan 15 nəfərə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib, 11 nəfər inzibati qaydada həbsə məhkum edilib, 10 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. Digərlərinin hansı qismdə saxlanılması hələ bəlli deyil.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir./amerikaninsesi.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP funksionerinə qarşı ittiham irəli sürülüb

    AXCP funksionerinə qarşı ittiham irəli sürülüb ...

    28-07-2020, 10:31

  • 
  • AXCP sədrinin müşaviri həbs olundu

    AXCP sədrinin müşaviri həbs olundu ...

    3-10-2015, 20:48

  • 
  • Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb

    Məmməd İbrahim ev dustaqlığına buraxılmayıb ...

    10-10-2018, 16:15

  • 
  • AXCP funksioneri həbs edilib

    AXCP funksioneri həbs edilib ...

    28-02-2020, 12:40

  • 
  • Məhkəmə Məmməd İbrahimi həbsdə saxlayıb

    Məhkəmə Məmməd İbrahimi həbsdə saxlayıb ...

    4-10-2018, 16:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu