Bu kiber cinayətkarlarla bağlı hər hansı məlumat [email protected] email ünvanı vasitəsilə ABŞ-ın Məxfi Xidmətinə göndərilməlidir.
Kiberhücum və kiber cinayət dünya boyu ən sürətlə artan təhlükəsizlik təhdidləri arasında yer alır. COVID-19 pandemiyası vəziyyəti daha da pisləşdirib. FBI-ın məlumatına görə, koronavirus pandemiyası elan olunandan bəri kibercinayət 400 faiz artıb.
Kiber müdaxilə artıq adi hal halıb, təkmillşdirilib, daha təhlükəli olub və həm özəl həm də ictimai sektorun şəbəklərini hədəf alır. Bizneslər və şirkətlər ticarət sirləri və məxfi məlumatlara görə, universitet və laboratoriyaralar tədqiqat və inkişaf məlumatlarına görə hədəf alınır, vətəndaşlar isə fırıldaqçıların və şəxsiyyət oğrularının qurbanlarına çevrilirlər.
ABŞ-ın Dövlət Departamenti iyul ayının sonunda Ukrayna vətəndaşları olan Artyom Vyaçeslavoviç Radçenko və Oleksandr Vitalyeviç İeremenkonun həbs və ya məhkum olunmasına gətirib çıxaracaq hər məlumat üçün 1 milyon dollara qədər pul mükafatı verəcəyini elan edib. Hər iki şəxs transmilli mütəşəkkil kibercinayətdə şübhəli bilinir.
Radçenko və İeremenko fəaliyyətləri ilə bağlı təhqiqat nəticəsində ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının Elektron Məlumatların Toplanması, Təhlili və Bərpası sisteminə haker hücumu etməkdə ittiham olunub və qiymətli kağızlar fırıldaqçılığına cəhd, pul köçürmə fırıldaqçılığına cəhd, kompyuter fırıldaqçılığına cəhd, pul köçürmə fırıldaqçılığı və kompyuter fırıldaqçılığında təqsirləndiriliblər. 16 maddədən ibarət təqsirnamədə iki hakerin minlərlə məxfi sənədi oğurladıqları və daha sonra onları qanunsuz şəkildə pul qarşılığında satdıqları iddia olunur. Qiymətli Kağızlar və Birja Komissiyası həmçinin İeremenko və başqa şəxslər və qurumlara qarşı mülki iddia qaldırıb.
Dövlət Departamenti pul mükafatını Transmilli Mütəşəkkil Cinayət Mükafatı Proqramı altında təklif edib. Bu proqram Narkotik Mükafatı Proqramı ilə bilikdə 1986-cı ildən bəri 75 transmilli cinayətkarı məsuliyyətə cəlb edib.
Bu kiber cinayətkarlarla bağlı hər hansı məlumat [email protected] email ünvanı vasitəsilə ABŞ-ın Məxfi Xidmətinə göndərilməlidir. Radçenko, İeremenko və ya Transmilli Mütəşəkkil Cinayət Mükafatı Proqramı barədə əlavə məlumat istəyənlər https://www.state.gov/artem-viacheslavovich-radchenko/ səhifəsinə daxil ola bilərlər.
“Kiber cinayətkarlar heç bir ölkədə qanunun aliliyinə nə riayət nə də hörmət edirlər. Onlar bütün dünyada bu cinayətləri həyata keçirə bildikləri üçün, bu cinayətkarları məsuliyyətə cəlb etmək və dünya boyu günahsız insanları qorumaq üçün bütün hökümətlərin əməkdaşlığı və koordinasiyası arzuolunandır,” dövlət katibi Mayk Pompeo yazılı bəyanatında bildirib.
“Birləşmiş Ştatları bu mənada öz öhdəliyini Dövlət Departamentinin Transmilli Mütəşəkkil Cinayət Mükafatı Proqramı vasitəsilə hüquq-mühafizə orqanlarındakı tərəfaşlarımıza kiber və digər transmilli cinayətkarları məsuliyyətə cəlb etməyə yardım etməklə yerinə yetirir.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?