Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov barəsində Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb, o polisin nəzarətinə verilib
AXCP-nin məlumatına görə, Ruslan Əmirov iyulun 14-15-də Azərbaycan Ordusunu dəstək məqsədi ilə keçirlən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 - (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Əmirov müstəntiqin qərarı ilə barəsində polisin nəzarətinə verilmə imkan tədbiri seçilərək sərbəst buraxılıb. Ruslan Əmirovun istintaqı ayrıca aparılacaq.
AXCP bildirir ki, Ruslan Əmirov aksiyada iştirak edib və ona qasrşı cinayət işi siyasidir.
“O hər hansı qanunsuz hərəkətə yol verməyib. Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə aksiyada iştirak eidb və Əmirov indi də Azərbaycan Ordusunu dəstəkləyir,” AXCP-dən Amerikanın Səsinə deyiblər.
AXCP-nin məlumatına görə, bu ilin iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra bu partiyanın 45 fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?