GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Həyat yoldaşımdan ayrıldım, kirayə pulunu, övladımın təhsil haqqını..."- Keçmiş müəlliməyə AĞIR CƏZA

"Həyat yoldaşımdan ayrıldım, kirayə pulunu, övladımın təhsil haqqını..."- Keçmiş müəlliməyə AĞIR CƏZA

Tarix: 14-04-2021, 11:32 Bölmə :Kirminal Baxış: 255
"Həyat yoldaşımdan ayrıldım, kirayə pulunu, övladımın təhsil haqqını..."- Keçmiş müəlliməyə AĞIR CƏZA


İrandan gizli yolla gətirilən narkotiki satmaq istəyərkən tutulan şəxslər hakim önünə çıxarılıb. Onlardan biri keçmiş müəllimədir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Lənkəran rayon sakinləri 36 yaşlı Ruslan Əliyevin və 40 yaşlı Salehə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İran vətəndaşı olan Rəhim adlı şəxslə cinayət əlaqəsinə girən R.Əliyev və S.Əsədova saxlanan zaman onların üzərindən 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkarlanaraq götürülüb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən Ruslan Əliyev ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, həmyerlisi Salehə Əsədovanı ara-sıra Bakıdan Lənkərana aparıb-gətirdiyini deyib.

Bildirib ki, Salehə Əsədova ona İranda yaşayan Rəhim adlı tanışının Azərbaycana heroin keçirərək satdığını deyib və onlarla birgə işləməyi təklif edib:

“Maddi imkanım yaxşı olmadığından razılaşdım. Belə razılığa gəldik ki, Rəhim “mal”ı göndərəndə birgə gedib götürək. Həmin iranlı malı ya Biləsuvar, ya da Masallı ərazisində gizlədirdi. Malı kimin vasitəsilə keçirdiyini bilmirəm. Salehə mənim nömrəmi iranlıya vermişdi, lazım olanda mənimlə vatsapla əlaqə saxlayırdı”.

R.Əliyevin ifadəsindən belə məlum olub ki, həbs olunan günədək bu şəkildə işləyiblər. Salehə ilə birgə rayonlara gedib “mal”ı iranlının dediyi yerdən götürüb, onun özünün dediyi adamlara da satıblar.

Həbs olunmazdan bir neçə saat əvvəl Rəhim Ruslana zəng vurub deyib ki, Biləsuvar rayonunda 1 kiloqram heroin və 500 ədəd metodan olacaq, oraya gedib “malı” götürmək, Salehəyə çatdırmaq lazımdır:

“Salehə deyirdi ki, həmin “mal”a görə 12 min 500 manat veriləcək. O puldan 200 manatı mənə çatacaqdı. Salehənin payına nə qədər düşəcəyini bilmirdim. Qalan pul da başqa bir taksi sürücüsü vasitəsilə Rəhimə göndəriləcəkdi. Biləsuvara gedib “malı” götürdüm. Zəng vurub Salehəyə dedim ki, Salyan postunu keçmişəm, “mal”ı gətirirəm. Salehənin yaşadığı evin qarşısına gəldim ki, əmanəti özünə çatdırım”.

Axşam saatlarında əlində narkotik bağlaması olan R.Əliyev həmyerlisinin qapısını döyüb “mal”ı ona vermək istədiyi zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyiblər:

“Əvvəllər heroin, son vaxtlar isə ancaq “şüşə” qəbul edirəm. Üzərimə baxış keçiriləndə “şüşə” və bir qram heroin aşkarlandı. O bir qramı iranlının göndərdiyi heroin torbasının içindən özüm üçün götürmüşdüm”.

Təqsirləndirilən Salehə Əsədova ifadəsində Rəhim adlı şəxsi İrana gəzməyə getdiyi vaxtlardan tanıdığını, onun ailəsi üzvləri ilə səmimi münasibət qurduğunu, ara-sıra İrana ya həkimə, ya da bazarlığa gedib-gələndə sonuncunun ailəsi ilə birgə yaşadığı evdə qonaq qaldığını göstərib.

Söhbət əsnasında Rəhim ona uzun zamandan bəri İrandan Azərbaycana heroin və psixotrop maddələr göndərdiyini, bu yolla pul qazandığını deyib:

“Harada işlədiyimi soruşduqda əvvəllər müəllimə işlədiyimi dedim. “Rəhim” də dedi ki, mən də əvvəl müəllim işləmişəm, sonra özüm çıxmışam işdən. Birgə işləməyi təklif etdi. Əvvəlcə razılaşmadım”.

Maddi sıxıntı içərisində olduğunu deyən S.Əsədova sonradan iranlının təklifi ilə razılaşıb:

“Həyat yoldaşımdan ayrılmışdım, işsiz idim, kirayə pulunu, övladımın təhsil haqqını belə ödəyə bilmirdim. Ona görə də məcbur olub razılaşdım. Bu işin təhlükəli olduğunu dedikdə Rəhim “vatsapla danışarıq, problem olmaz” dedi. Mən də bu barədə taksi sürücüsü Ruslana danışdım. Onunla münasibətlərimiz çox yaxındır, iranlı ilə işləməyi Ruslana da təklif etdim, razılaşdı. Bu üsulla bir müddət işlədik, hərə öz payına düşən pulu götürdükdən sonra qalan məbləğ Rəhimə göndərilirdi”.

S.Əsədova heroinin satışından əldə olunacaq pulun 200 manatının Ruslana, 700 manatının isə ona çatacağını deyib:

“Həmin gün bir neçə dəfə Ruslanla telefonla danışdım. Dedi ki, “mal”ı Biləsuvardan götürmüşəm, yoldayam, Bakıya çatıram. Ruslan qapını döyüb içəri girmək istəyəndə mülki geyimli şəxslər bizə yaxınlaşdılar”.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası rəyin edilib./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənin şikayəti təmin edilmədi

    İrandan narkotik gətirənin şikayəti təmin edilmədi ...

    15-09-2016, 12:32

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • “Ağ ölüm” alverçilərinə hökm oxundu

    “Ağ ölüm” alverçilərinə hökm oxundu ...

    18-02-2018, 22:28

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza

    Bakıda “Bibi” ləqəbli narkotacirə ağır – Cəza ...

    30-01-2019, 15:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu