GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib...

Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib...

Tarix: 4-05-2021, 12:47 Bölmə :Kirminal Baxış: 349
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib...


Ötən ilin dekabrında Yasamalda 30 yaşlı ananın əvvəlcə iki azyaşlı uşağını, ardınca özünü yaşadığı binadan yerə atması xəbəri eşidənləri şoka saldı. Xoşbəxtlikdən onların hər üçünün həyatını xilas etmək mümkün oldu. Bəs gənc qadını bu dəhşətli əmələ əl atmağa vadar edən səbəblər nə olub, o hansı hadisələrin təsiri altında nəinki özünün, üstəlik iki azyaşlı övladının canına qıymağa cəhd edib?

Bu hadisəni  törədən həmin gənc qadın hazırda etdiyi əmələ görə hakim qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.  Lakin qadın hadisə günü baş verənləri “yuxu” adlandırır, heç nəyi xatırlamadığını deyir.  

GundemXeber.Az virtualaz.org-a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, N.Cəfərova ötən il dekabrın 20-də saat 21:00 radələrində paytaxtın Yasamal rayonu, Kənar Dairəvi küçəsi, ev 28 ünvanında - yaşadıqları binanın 4-cü mərtəbəsindən azyaşları övladları – 2017-ci il təvəllüdlü Hüseyn Cəfərovu və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu mənzilin yataq otağının pəncərəsindən yerə atıb. Daha sonrasa özü də pəncərədən yerə atılıb. Ana və hər iki övladı kəllə-beyin travması alıblar. Xəstəxanaya çatdırıldıqlarından onların həyatını xilas etmək mümkün olub.

Törətdiyi cinayət əməlinə görə, N.Cəfərovaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb, Yasamal rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanıb. İstintaqa ilkin ifadəsində N.Cəfərova ailədaxli narazılığa görə belə bir addım atdığını, ərinin narkotik istifadəçisi olduğunu, azyaşlı övladları narkotikə qurşanmasınlar deyə onları və özünü öldürmək qərarına gəldiyini deyib.

Lakin sonrakı istintaq araşdırması zamanı N.Cəfərovanın hərəkətlərini ölçüb-biçmək iqtidarında olmadığı, hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib. Məhkəmə zalına qoltuq ağacında gətirilən Nigar Cəfərova ittihamın mahiyyəti üzrə dindirilərkən əksər suallara “bilmirəm, hər şey yadımdan çıxıb” cavabı verib.

Dövlət ittihamçısı N.Cəfərovadan neçə ildir ailə həyatı qurduğunu, ərinin onu incidib-incitmədiyini soruşub. N.Cəfərova sualları bu cür cavablandırıb: “Qrup yoldaşım idi, evli olduğumu bilirəm, üç övladım var. Yoldaşım işə gedib-gəlirdi. Nə işlə məşğul olduğunu bilmirdim. Hər gün evdə olub-olmadığını yadıma sala bilmirəm. Ərimlə münasibətlərimiz normal idi. Axır vaxtlar canım xəstə düşmüşdü”.

Hadisə baş verdiyi günü xatırlamaqda çətinlik çəkən N.Cəfərova deyir ki, hər şey ona yuxu kimi gəlir: “Balkona stul qoymuşduq. O gün sanki yuxu kimi gəlir. Qaçıb uşağı tutmaq istəyirdim. Ayağımı, başımı tərpədə bilmirdim. Uşağı tutmaq istəyəndə özüm də yerə düşmüşəm”.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Fazilə Manafova dindirilib.  

Hakim təqsirləndirilən şəxsin anasına deyib:  “O diskə baxanda mən dəhşətə gəldim. Sizin qızınızın ailədaxili problemləri olub, ya yox? Siz anasınız, bunu hiss etməmiş olmazdınız...”

F.Manafova deyib ki, qızının ailəsində o qədər də ciddi problemlər olmayıb. Amma son vaxtlar qızı Nigar gün ərzində yorğun düşdüyünü, halsız olduğunu, başında kəskin ağrılar yarandığını deyirdi: “Həkimə aparmışdıq, dərman yazmışdı. Dərmanları tam içmədi. Çox vaxtı dilinin altına “qlisin” dərmanı qoyurdu. Bütün günü halsız olurdu. Yoldaşı Cavid aşpaz idi. Üç ay olardı pandemiyaya görə işləmirdi, evdəydi”.

Məhkəmə prosesində şahid qismində dindirilən Ziya Cəfərov qardaşı Cavidin içki içmədiyini, narkotik vasitələrdən istifadə etmədiyini, həyat yoldaşı ilə mehriban dolandıqlarını deyib: “Həmin gün qardaşım Cavid zəng vurdu, qışqıra-qışqıra mənə dedi ki, tez özünü bura çatdır. Gəldim, baxdım gördüm yerdədirlər. Xəstəxanaya apardım”.

Təqsirləndirilən şəxsin ailə üzvləri - bacısı və atası,  həmçinin digər şahidlər də anoloji ifadə veriblər. Şahidlərin ifadəsinə görə, Nigargilin ailəsində narazılıq baş verdiyini eşitməyiblər, onları mehriban, sakit ailə kimi tanıyıblar.  Nigarın özünə gəlincə isə onun son bir neçə ayda halsız, yuxulu olduğunu, kəskin baş ağrılarından əziyyət çəkdiyini söyləyiblər.

Sonda məhkəmə zalına gətirilən azyaşlı Mehdi Cəfərovun müttəhimlər kürsüsündə əyləşən anasına şüşə kabinanın o biri üzündən al sallaması məhkəmə iştirakçılarını, zalda əyləşənləri kövrəldib...

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda yaşlı qadın özünü binadan atmaq istədi

    Bakıda yaşlı qadın özünü binadan atmaq istədi ...

    3-02-2014, 13:30

  • 
  • Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, QADIN ÖZÜNÜ BİNADAN ATDI

    Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq ...

    11-09-2018, 12:15

  • 
  • Yasamalda özünü binadan atan şəxs 70 yaşlı qadın imiş - Yenilənib

    Yasamalda özünü binadan atan şəxs 70 yaşlı qadın ...

    29-04-2020, 18:37

  • 
  • Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi binadan özünü atdı

    Azərbaycanda dəhşətli hadisə: Qadın qonaq getdiyi ...

    12-02-2021, 10:56

  • 
  • Bakıda dəhşət: ana və iki azyaşlı uşağını maşın vurdu, ölən var

    Bakıda dəhşət: ana və iki azyaşlı uşağını maşın ...

    2-09-2013, 11:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu