Sumqayıt arvadını oteldə boğaraq qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə Orxan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan arvadı, 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızını qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hadisə şəhər ərazisində olan otellərdən birində baş verib. Oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı Orxan Həsənov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?