Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokurorun suallarını cavablandıran Ata Abdullayev bildirib ki, zərərçəkmiş qismində tanınmış şəxslərdən nə pul istəyib, nə də heç nə tələb etməyib. "Mən bir daha bildirirəm, bu adamlardan heç nə almamışam.Yazırlar ki, guya mən 2020-ci ildə Elmar Əliyevdən telefon istəmişəm. Halbuki mən həmin vaxt Misirdə idim. Deyirlər nə fərqi var 2020-ci il olmasın, 2019-cu il olsun. Fərqi çoxdur, 2019-cu ildə biz qalib ölkə deyildik, amma 2020-də qalib ölkə idik. Ziya Məmmədov da mənə o, telefonu Elmar Əliyevdən tələb etdiyim üçün verməyib. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan Samsung telefonu var, alıb baxdım qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun ki, mən bu adamlardan heç nə almamışam. Sizə qurban olum, əgər lazımdırsa yazım ki, 1 milyon almışam. Mən nədə günahkar olduğumu bilirəm. Buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram", - deyə A. Abdullayev bildirib. Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsini tələb edib. Növbəti proses dekabrın 21-ə təyin olunub.
Sorğu
Yeni dizaynımız necədir?