GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Qızıl keçi, İstintaq İdarəsinin rəisi, kafel satan, 500 min dollar, üstəlik 25 min dollara kostyum...

Qızıl keçi, İstintaq İdarəsinin rəisi, kafel satan, 500 min dollar, üstəlik 25 min dollara kostyum...

Tarix: 16-12-2021, 14:22 Bölmə :Kirminal Baxış: 212


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin və həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəmədə davam etməkdə olan məhkəmədə qalmaqal yaranıb. Zərərçəkənlərdən biri M.Şıxəliyevin onu MTN-ə çağırıb necə təhdid etdiyini ətraflı danışıb. Canını bu cəlladdan qurtarmaq üçün 500 min dollar verməli olduğunu deyib, amma bildirib ki, M.Şıxəliyev yenə ondan əl çəkməyib. Gah villasında təmir işləri üçün ondan dəyəri on minlərlə manat olan kafel-metlax götürüb, gah da ad günü olduğunu deyərək 25 min dollarlıq kostyumun pulunu ödətdirib.

Xatırladaq ki, jurnalistlərin məhkəməni izləməsinə icazə verilmir, nəticədə KİV nümayəndələri içəridə baş verənlər haqda ancaq çöldə zərərçəkənlərdən məlumat ala bilirlər.

Qeyd: Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var

Təqsirləndirilən Yasin Məmmədov

Ötən gün məhkəmədə zərərçəkən Əhməd Məhəmməd oğlu Mirzəyev sərbəst ifadə verib.  O, 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub. Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyyətcə gürcü olan Lento ona zəng edib. Deyib ki, ona qranitdən hazırlanmış balta hədiyyə göndərir. Baltanın yanında isə qızıldan hazırlanmış keçi fiquru var, həmin fiquru Bakıda Zaur adlı şəxsə çatdırmaq, ondan 1500 dollar alıb Gürcüstana göndərmək lazımdır.

Zərərçəkənin dediklərindən:

-Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib. Sürücü Arifdən xahiş etdim ki, gedib avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alıb gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim. Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaurun yaşadığı ünvana yolladım.


Arif 18 mart 2010-cu ildə, təxminən 19 radələrində Zaurun evinə getdi. 2-3 saat keçəndən sonra Arif mənə zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. Ertəsi gün səhər vaxtı mənə özünü MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi. Məni MTN-ə çağırdı. Həmin gün saat 11 radələrində MTN-ə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil. Əsəbiləşmişdim, hətta hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm. 27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-ə çağırdı. Komendaturada qeydiyyata alınmadan birbaşa İstintaq Baş İdarəsinin rəisi, bu gün qəfəsdə oturan Mövlam Şixəliyevin otağına apardılar. Qəbul otağında 3-5 dəqiqə gözlədikdən sonra Mamayın adamları məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şıxəliyev mənimlə danışanda dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağı ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik.


Təqsirləndirilən Sahib Ələkbərov

Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlam Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb, tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min yoxumdur. Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs-qətimkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün  500 min manat tələb edirdi. Əks halda, hədələyirdi və ən azından qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Sonradan Təhsin Ağayev 500 min dollar müqabilində məni  həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşmışdım.

Təqsirləndirilən Vüsal Ələkbərov

Vəkilim Sabirlə qardaşım Xəqaniyə xəbər göndərdim ki,  həbsdən azad olunmağım üçün 500 min dollar məbləğində pulu tapıb Təhsin Ağayevə versin. Almaniyada yaşayan digər qardaşım Sultan Əhmədov “Azəriqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdırmağı xahiş etdi. Xəqani “Azəriqazbank”dan 250 min dolları götürüb, üzərinə də özündən pul qoyub cəmi 375 min manat (o vaxtkı məzənnə ilə 500 min dollara yaxın)  məbləğində pulu hazırlayıb. Bildiyim qədər Xəqani pulu 14, yaxud 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayevə zəng edərək MTN-in komendaturasının qarşısında Təhsin Ağayevin göndərdiyi adama verdi. Təxminən 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi “pul çatıb, səni azad edəcəyik” dedi.

Təhsin Ağayev məni azad etmək üçün MTN-ə həkim çağırdı. Mənə də dedi ki, “həkimə başım ağrıyır, ürəyimdə problem var de, özünü pis hiss etdiyin görüntüsü yarat. Həkim də səninlə bağlı rəy verəcək, Mövlam müəllimin qərarı ilə səni azad edəcəyik”. Belə də oldu, həkim gəldi, Təhsin Ağayevin dediyi qaydada şikayətimi elədim. Həkim də mənim xəstə olmağımla bağlı saxta rəy verdi. Məni həmin gün 12-13 radələrində MTN-dən azadlığa buraxdılar.

Təhsin Ağayev dedi ki, “istəsən, 100 min dollar ver, sürücün Arifi də buraxaq. Pulumun olmadığını dedim, Təhsin Ağayev də sürücünün buraxılmayacağını dedi. Bundan sonra Arifin də, mənim də barəmdə qaçaqmalçılıq maddəsi ilə cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi. Bundan sonra Arifi 8 ay qanunsuz olaraq həbsdə saxladılar. Yayın istisində ona orada əziyyət verdilər.

Zərərçəkən daha sonra deyib ki, sürücüsünü azadlığa buraxdırmaq üçün hakimə də 100 min dollar verib. Onları məhkəməyə çıxarıblar və formal məhkəmə prosesi qurublar, barələrində şərti cəza hökmü çıxarıblar. Amma bundan sonra da Mövlam Şıxəliyev ondan əl çəkməyib.

Əhməd Mirzəyev əhvalatın davamını belə nəql edir:

-Məni həbsdən buraxandan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şixəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi. Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in ”xofu" çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb.

Amma Mövlam Şıxəliyev bunlarla da kifayətlənmirdi.  Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs  ad günümdür, mənə ”Stefanno Ricci" brendindən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi..."

Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev  yerindən “yalan deyir” qışqırıb. Zərərçəkən Əhməd Mirzəyev isə ona “haramın olsun” deyib. Hakim tərəfləri sakitləşdirib.

Əhməd Mirzəyev ifadəsini davam etdirib: 

-Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya ”25 min dollara kostyum olar" dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu dedi. Mən də çek tələb etdim. Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyi qadağan edib. Soruşdum ki, ümumiyyətlə, kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi.

Bundan sonra hakim, dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verib. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir. Zərərçəkən hakimə bildirib ki, istintaqa kafel-metlaxla bağlı kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.

Bundan sonra prosesdə dekabrın 20-nə qədər fasilə elan olunubş/virtualaz.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22

  • 
  • “Məndən hədə-qorxu ilə alınan pulun yarısı kreditlə alınıb və bu günə qədər də həmin krediti ödəyirəm” - MTN İŞİ...

    “Məndən hədə-qorxu ilə alınan pulun yarısı ...

    19-11-2021, 11:19

  • 
  • Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun... (SİYAHI)

    Generalın mülkləri: Həyat yoldaşının, qızının, ...

    18-10-2021, 19:52

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır

    Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi ...

    11-10-2021, 10:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu