GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Yeniyetmələr niyə “oğru” olmaq istəyir – Qaranlıq yolun GİZLİNLƏRİ

Yeniyetmələr niyə “oğru” olmaq istəyir – Qaranlıq yolun GİZLİNLƏRİ

Tarix: 18-04-2022, 15:59 Bölmə :Kirminal Baxış: 272


Son vaxtlar yeniyetmə və gənclər arasında kriminal aləmə marağın artdığı müşahidə edilir. “Oğru aləmi”, “vorzakon”, “AUE” və digər belə ifadələr məktəb yaşlı uşaqlar arasında dillər əzbərinə çevrilib. Onlar üçün bu ifadələr sanki dərin məna kəsb edir və özlərini kriminal dünyanın nümayəndələri kimi aparmağa çalışırlar.

Bəs bu sözlərin mənası nədir? “Avtoritet”, “qanuni oğru” kimdir?

İfadələrin mənşəyindən də bəllidir ki, kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Onların özünəməxsus qayda-qanunları olur. Həbsxanaya düşmək “qanuni oğru”luq yolunda olanların “kariyera” pilləsində yüksəliş hesab edilir. Sözügedən qayda-qanunlar əsasən cəzaçəkmə müəssisəsində işlək olur. Bu qaydalara əməl edən “avtoritetlər” kriminal aləmdə nüfuz və yaş cəhətdən özündən böyüyə, valideynə böyük hörmət göstərməli, bir-birini satmamalı, xəbərçilik və digər məhbəs yoldaşları haqqında dedi-qodu etməməli, başqalarından qəti şəkildə oğurluq etməməli, fiziki gücündən istifadə edərək heç kimə, xüsusən də zəif dustaqlara əl qaldırmamalı, cəza çəkdiyi inzibati binada işləməməlidir.

Tarixdə yaddaşlardan silinməyən kriminal simalar olub. Onların arasında ən tanınmışları El Çapo, (­­ Xoakin Arçivaldo Quzman Loera) Pablo Eskobar, Semion Mogileviç, Hisayuki Machii hesab edilir. Türkiyədə bir neçə il öncə məşhurlaşan Sedat Pekeri, Azərbaycandan isə Rövşən Lənkəranskini (Rövşən Cəniyev), Lotu Qulini (Nadir Səlifov) göstərə bilərik. Ümumilikdə, dünyada daha çox Siciliya, Yaponiya və Rusiya mafiyaları daha təhlükəli hesab olunur.

Ölkəmizə qayıdaq. Bu gün küçələrdə dolaşarkən özünü kriminal aləmin keşikçisi hesab edən gənclərlə qarşılaşırıq. Onlar danışıq tərzi və hərəkətləri ilə özlərini həmyaşıdlarından fərqli aparır və yeniyetmələr arasında “vorzakonluğ”u bir növ təbliğ edir.

Gəncləri “qaranlıq yola” çıxaran səbəblər nələrdir?

Modern.az-ın əməkdaşı bu sualların cavabını araşdırmağa çalışıb.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, gənclərin kriminal aləmə xüsusi maraq göstərməsinin müxtəlif səbəbləri var:
“Gənclərin, xüsusən də yeniyetmə oğlanların kriminal dünyaya meyl etməsinin səbəbləri daha dərindir. Belə ki, həmin gənclərin ailə daxilində olan problemlər, sağlam boşanma halının olmaması, ata-ana ilə düzgün vaxt keçirə bilməmə onlarda dinlənilmə və kontakt istəyi yaradır. Yeniyetmənin həyatında sadalanan çatışmazlıqlar yaşandıqda onlar kənar şəxslərə meyillənir və yaşları az olduğundan təsir dairələrinə düşmələri də asan olur. Həmçinin, ata modeli olmayan gənc oğlanlar da kumir olaraq “avtoritet”, “kriminal” cəbhədən olan şəxslərə yönəlir. Bəzən sosial şəbəkələrdə görürük ki, “namus” üstündə törədilən cinayətə nə qədər “alqış yağır”. Kriminal aləmə meyl edən gənclərdə bir növ özünü təsdiqləmək istəyi yaranır. Bu onları yetəri qədər qane edir. Amma, burada səbəb təkcə ailədaxili problemlər deyil, eyni zamanda iradəsizlik də yeniyetmələri “avtoritetliyə” yaxınlaşdıran amillər sırasındadır”.

Gənclər kriminal aləmə meyl etməyə hələ məktəbli yaşından başlayırlar. Bəs onları təhsildən soyudub, “qanuni oğru” olmaq istəyinə nə sövq edir?

Təhsil eksperti Kamran Əsədov belə faktlara daha çox Bakı və Gəncə məktəblərində rast gəlindiyini deyir.

“Son illərdə orta məktəblərdə şagirdlər arasında şiddətin artması göz qabağındadır. Xüsusən fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdləri özlərini kriminal aləmdəki kimi hesab edərək aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Bizdə olan məlumatlara görə, belə faktlara Bakı və Gəncə məktəblərində daha çox rast gəlinir. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar üzə çıxarılmasa da, təəssüf ki, var. Bunun əsas səbəbi məktəblərimizdə təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. “Təhsil haqqında” qanunda ümumtəhsil məktəblərinin vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifəsi əks olunsa da, həmin kriteriyalar müəyyənləşməyib. Eyni zamanda, cəmiyyətin özündə də müəyyən boşluqlar var. Etiraf edək ki, biz şəhidə 1 metr abidə ucaldanda kriminal aləmin vəfat edən üzvünə 3 metr abidə ucaldırıq. Televiziyalarda təlim-tərbiyə xarakterli proqramların çox az olması yeniyetmələr arasında kriminal aləmə meyli artırır. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərini artırmaq lazımdır. Bunun üçün KİV-də, xüsusən də məktəblərdə tərbiyə işlərinə diqqət yetirməliyik. Məktəblərdə sahibkarlığı önə çıxarmaqdansa, təlim-tərbiyə işini önə çıxarmaq vacibdir. Bütün bunlar olmadığı üçün sözügedən aləmə meyllik artır”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, keçmiş müstəntiq Teymur Baloğlanovun fikrincə, “avtoritet”lərin böyük nüfuza sahib olmalarının əsas səbəbi onlardakı qabiliyyət, fiziki cəhətdən digər həmyaşıdlarından və əhatələrindən seçilmələridir:

“Öncə ictimai qrupları bir-birindən fərqləndirmək lazımdır. Yeniyetmə dedikdə 14 yaşdan 17 yaşa qədər olan, gənclər dedikdə isə18 yaşdan 29 yaşa malik şəxslər nəzərdə tutulur. Cinayət qanunvericiliyində cinayət məsuliyyətinə cəlb etmə yaşı 14 yaşdan başlayır. Artıq 18 yaşına çatmış şəxslər isə yeniyetmə dövründən çıxaraq, yetkinlik yaşına qədəm qoyurlar. Yəni, yaşı çox olan digər şəxslər kimi onlar da törətdikləri əmələ müvafiq olaraq məsuliyyətə cəlb olunurlar. Yeniyetmə və gənclərin kriminallığa meyilliliyi ilə bağlı, xüsusi olaraq qeyd etməliyik ki, ilk növbədə yeniyetmələr yaşlarından da göründüyü kimi, psixologiyaları möhkəmlənməmiş, həyatda öz mövqelərini hələ müəyyən etməmiş, həyat baxışları hələ dəqiq olmayan şəxslərdir. Həmin gənclər, adətən, ata qayğısından kənarda böyüdükdə qanuna zidd hərəkətlərin dövr etdiyi mühitə meyl etmələri üçün münbit şərait yaranır. Ona görə də, həmin yaş kateqoriyasından olan yeniyetmələr valideyn tərəfindən mütəmadi nəzarət olunmalıdır. Ümumilikdə danışsaq, cinayətə meyilli davranışlar yaş irəlilədikcə sabit keyfiyyətə çevrilir. Cinayət aləminin avtoritetlərinin böyük nüfuza sahib olmalarının əsas səbəbi onlardakı qabiliyətlər və fiziki cəhətdən digər həmyaşıdlarından və əhatələrindən seçilmələridir. Kriminal şəxslər cəzaçəkmə müəssisələrində bir sıra məhkumlarla birgə keçirdikləri vaxt müddətində onlarda olan qanuna, cəmiyyətə zidd, anti-baxışlar formalaşmağa və inkişaf etməyə davam edir. Belə şəxslər həbsxanada cinayət aləminin fərdləri arasında müəyyən keyfiyyətlərə yiyələnirlər”.

Gəncləri sonu olmayan yoldan necə döndərmək olar?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, gəncləri belə təhlükəli meyllərdən uzaq tutmaq üçün təşkil olunan tədbirlər “yox” səviyyəsindədir:

“Bütün dünya ölkələrində spirtli içki və siqaretlərin məktəbdən müəyyən məsafədə satılması üçün qaydalar müəyyən edilib. Ancaq bizdə o qaydalar qəbul edilməyib. Tütün məmulatlarından istifadə ilə bağlı ardıcıl qanunlar qəbul edilir, amma hələ də məktəblərdə müəllimlər siqaret çəkirlər. Şagirdlərin tərbiyəsinə təsir etsə də, bununla konkret mübarizə aparılmır. Şagird bilməlidir ki, müəllim daha çox nüfuzludur. Əgər müəllimi nüfuzdan salıb, kriminal aləmin üzvünə daha çox rəğbət bəsləyiriksə, əlbəttə, məktəblərdə müəllim yox, avtoritet hörmətli olacaq. Buna görə də ilk növbədə müəllimlərin, ziyalıların, vətənə xidmət edənlərin təbliği artmalıdır. Qazaxıstanda qəbul edilən qərara görə müəllimləri təhqir edən, onlara qarşı hər hansı fiziki güc tətbiq edən şəxslərə qarşı cinayət işi qaldırılacaq. Biz isə mediada müəllimləri aşağılayırıq. Buna görə də gənclərimizə lazım olan tərbiyəni verə bilmirik. Problemin çıxış yolu məktəblərdə sinif saatı təşkil etməkdir. Tövsiyə edirəm ki, bunun üçün kurikulum da hazırlansın. Həmin əlavə saatda sinif rəhbərləri şagirdlərlə mənəvi-psixoloji söhbətlər keçirsinlər. Bundan əlavə, müəllimlər, valideynlər və direktorlar da məktəblərdə şiddətin qarşısını almaq üçün çalışmalıdırlar. Valideynlər ilk növbədə düzgün tərbiyələndirmə aparmalı, övladlarına humanizmi təbliğ etməlidirlər. Direktorlar isə baş verənlərə göz yummaq əvəzinə həmin şagirdlər haqqında tədbir görməlidir. Ancaq təəssüf ki, indiki halda direktorlar da, müəllimlər də məktəblərdə baş verən bu kimi xoşagəlməz olayları şagirdlər arasında olan adi münasibət kimi dəyərləndirib göz yumurlar”.

Ekspert, həmçinin, yeniyetmələrin sözügedən kənar meyllərə qarşı marağının azaldılması istiqamətində atıla biləcək addımlardan da danışıb. Onun sözlərinə görə, problemin kökündə valideynlər dayanır. Valideynlər övladlarına daha çox vaxt ayırmalı, tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır:

“Digər tərəfdən məktəblə valideyn arasında ciddi kommunikasiya qurulmalıdır, bu, vacibdir. Əvvəllər davamlı olaraq valideyn iclasları keçirilirdi. İndi isə pandemiya səbəbindən dayandırılıb. Məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır. Şagirdlərin cinayətkar elementlərə marağının artmasında sosial şəbəkələrdə kriminal aləmin xoşagələn, prestijli iş kimi təqdim olunmasının da rolu böyükdür. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Uzun müddətdir Azərbaycanda sosial şəbəkələrlə bağlı çox geniş müzakirələr aparılır. Burada diqqət yetirilməsi vacib olan istiqamətlərdən biri gənclərin bu kimi neqativ hallardan qorunması barədə görülən işlərdir. Çünki sosial şəbəkə faktorunun tamamilə qarşısını almaq mümkün deyil, sadəcə daha müsbət işlərdə rol oynamasına kömək edə bilərik. Məktəblərdə yayılan son videolar çox ciddi mətləblərdən xəbər verir, buna etinadsız yanaşmaq olmaz. Bu istiqamətdə təhsil ekspertləri, daha peşəkar mütəxəssislərlə ictimai dinləmələr keçirilməlidir. Son yayılan videolar bizə göstərdi ki, məktəb direktorlarının seçimində də diqqətli olmaq lazımdır. Onların hansı təcrübəyə malik olması, peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır”.


Gundemxeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış “qanuni oğru” Moskvada tutuldu

    Tanınmış “qanuni oğru” Moskvada tutuldu ...

    24-03-2015, 17:42

  • 
  • “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada

    “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada ...

    6-11-2013, 17:31

  • 
  • Tanınmış “qanuni oğru”lar tutulub

    Tanınmış “qanuni oğru”lar tutulub ...

    19-07-2013, 10:29

  • 
  • `Şakro Maladoy` ermənini `qanuni oğru` adından məhrum etdi

    Şakro Maladoy ermənini qanuni oğru adından ...

    1-08-2018, 17:27

  • 
  • "Qanuni oğru" Arif Sumqayıtski tutuldu

    "Qanuni oğru" Arif Sumqayıtski tutuldu ...

    3-08-2013, 09:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu