Bakının Xəzər rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Zaur Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
GundemXeber.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Zaur Kazımov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Kazımovun münaqişə zəminində Zaur Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Zaur Kazımovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?