Gundemxeber.az » Ölkə » Kirminal » 3 milyon dollar dəyərində narkotik: Həbs edilən ermənistanlı müxalifətçinin oğlu Gürcüstanda saxlanıldı
“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində ittiham olunaraq saxlanılıb. Onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Ermənistan İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik ticarəti ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.
İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri qeyri-qanuni narkotik dövriyyəsini “Telegram”da çoxsaylı qruplar vasitəsilə həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar dəyərində qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri pulu kriptovalyuta şəklində alıblar.
“İctimai səs” partiyasının lideri də daxil olmaqla səkkiz nəfərə qarşı cinayət işi açılıb.
Saxlanılan şəxsin atası Artak Qalstyana gəlincə, ona qarşı maliyyə dələduzluğu maddəsi ilə cinayət işi başlanıb. Bundan əlavə, o, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən beynəlxalq axtarışa verilmiş qalmaqallı məşhur videobloqer Vardan Qukasyanın (“Doq” ləqəbi ilə tanınan) tərəfdaşıdır. İstintaq “Doq”u təkcə hədə-qorxu ilə pul tələb etməkdə deyil, həm də məhkəməyə hörmətsizlikdə və müqaviləli hərbçilərə qarşı zorakılığa çağırışlarda ittiham edir.
Gundemxeber.az
2-12-2017, 21:08
2-05-2020, 13:22
16-03-2021, 13:18
25-12-2019, 13:25
28-01-2019, 13:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?