Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda qətldə təqsirləndirilən şəxs: “Hadisə 100 manatlıq narkotik maddəyə görə oldu”
Bakı sakinini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radik Feyziyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəşad Kərimov dindirilib.
O bildirib ki, zərərçəkmiş Rüstəm Bayramovun (mərhum) əvvəldən digər təqsirləndirilən şəxs R.Feyziyevlə pul üstündə ədavəti olub:
“Özüm narkotik istifadəçisi olmuşam. Təqsirləndirilən şəxs Radiki 2019-cu ildən tanımışam, narkotik satırdı, biz də alırdıq. Digər təqsirləndirilən Tahir Ələkbərovu isə 2015-ci ildən tanıyıram. 2020-ci ilin oktyabrında Tahirlə birgə narkotik maddə almaq üçün Radikin qapısına getdim. Ora çatanda Radikin mərhum Rüstəm Bayramovu möhkəm döydüyünün şahidi oldum. Məndə olan məlumata görə, Rüstəm Radikdən nisyə 100 manatlıq narkotik maddə almışdı, amma pulunu verməmişdi. Bu səbəbdən Radik onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurdu. Rüstəm heç bir müqavimət göstərməyərək getdi. 10 dəqiqədən sonra Radik onun, biz də Radikin dalınca getdik. Ara küçədə Rüstəmi yaxalayan Radik onun başına daşla zərbələr endirdi. Tahirlə mən də onu yerdə təpiklədik. Rüstəmin başından qan açılmışdı və biz onu o vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşdıq”.
Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunu Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
Rəsmi məlumata əsasən, paytaxtın Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri - Tahir Ələkbərovla Radik Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar../report.az
27-11-2017, 17:20
14-10-2013, 09:20
2-06-2018, 11:50
15-09-2016, 12:32
4-03-2016, 17:35
Sorğu
Yeni dizaynımız necədir?