Bakıda saxta əskinaslarla yaşlı insanları aldadan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Gundemxeber.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əskinaslar təqdim edilməsi barədə Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edilən əməli törətdiyi üçün polislər tərəfindən saxlanılan 1993-cü il təvəllüdlü Vüsal Tahir oğlu Əmrahov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun əməlindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?