Gundemxeber.az » Ölkə » Kirminal » Cəlilabadda dölün ana bətnində ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Cəlilabad rayonunda dölün ana bətnində ölümü ilə bağlı açıqlama verib.
Məlumatda qeyd olunub ki, bu gün saat 13:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına daxil olan Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü pasiyentdə dölün ana bətnində tələf olması halı xəstəxanaya gətirilməmişdən öncə baş verib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş pasiyentdə (hamilədə) ambulator və USM müayinəsi zamanı dölün tələf olduğu aşkarlanıb və o, təcili yardım vasitəsilə Lənkəran Regional Perinatal Mərkəzinə təxliyə olunub.
21:53
Cəlilabad rayon sakini dünyaya gələcək nəvəsinin ana bətnində ölməsində həkimləri günahlandırır.
Bu barədə “Report”un yerli bürosuna rayonun Qarğılı kənd sakini Əfqan Novruzov müraciət edib.
Onun sözlərinə görə, qızı - 2002-ci il təvəllüdlü hamilə Elnarə Novruzluya qarşı olan həkim səhlənkarlığı nəticəsində bətndə olan doqquz aylıq nəvəsi vəfat edib:
“Hər dəfə qızımın ağrıları tutanda xəstəxanaya müraciət etdiyimiz zaman həkimlər hələ gözləməyi tövsiyə edirdilər. Nəticədə isə körpə ana bətnində tələf oldu”.
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu həmin qadının ilk hamiləliyidir və ağrılardan şikayətlə müraciət edib:
“Dölü müayinə etdik və məlum oldu ki, dölün ürək döyüntüsü yoxdur. Biz müayinə zamanı aortanı izləyirik. Döl üçün ultrasəs müayinəsi lazım olduğundan onlara xəstəxanamızın ultrasəs həkimi məzuniyyətdə olduğuna görə, bu müayinə üçün özəl xəstəxanaya müraciət etməyi təklif etdik. Özəl xəstəxananadan qayıtdıqdan sonra döl ölü vəziyyətdə bizə daxil oldu”.
14-03-2018, 13:52
1-09-2018, 11:53
26-05-2021, 11:27
23-06-2015, 11:59
16-06-2021, 10:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?