Gundemxeber.az » Ölkə » Kirminal » Məşhur tikinti şirkəti sahibinin məhkəməsi başlayır
Məşhur tikinti şirkəti “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Eldar İsmayılov sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxs qismində “İnşaat Konstruksiyaları” MMC-nin sahibi Rauf Əliyev , yaxın qohumu Rəsul Əhmədov və Zahir Nəcəfov istintaqa cəlb edilib. Onlar rəhbərlik etikləri şirkətlərdə vətəndaşları aldadaraq, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqla əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
İş üzrə 280-dən çox şəxs zərərçəkmiş kimi tanınıb..apa/
22-11-2023, 14:41
30-03-2015, 12:03
29-03-2018, 12:28
25-12-2014, 23:16
11-09-2016, 14:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?