GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə başınızı soxmayın” - FOTO

Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə başınızı soxmayın” - FOTO

Tarix: 2-02-2024, 23:11 Bölmə :Kirminal Baxış: 292

Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə başınızı soxmayın” - FOTO

Son günlər sosial şəbəkələrdə, ictimai yerlərdə açıq-aşkar, nümayişkaranə surətdə narkotik istifadə edənlərə rast gəlinir. Bu məqam şahidi olan hər kəsi narahat edir. İnsanlar öz uşaqlarına, yaxınlarına görə qorxurlar.

Narkotik maddə qəbul edən şəxslərin yol ortasında bir anlıq donub qalmaları uşaqlarda maraq yaradır. “Bir dəfə yoxlasam, necə olar?” fikri ilə oyanan marağın sonunun isə çox zaman faciə ilə bitən aludəçilik olması çoxlarına bəllidir.
Aidiyyəti qurumlar təhsil müəssisələrində, ictimai yerlərdə, sosial şəbəkə üzərindən narkomaniya ilə mübarizə çərçivəsində tədbirlər aparırlar. Bəs bunlar effekt verəcəkmi? Uşaqları narkotikdən uzaqlaşdırmaq üçün onlara hər şeyi açıq-aşkar danışmaq lazımdır, yoxsa çətin terminologiyaya üstünlük vermək?
Məsələ ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov oxu.az-a açıqlamasında bildirib ki, insanlar bu kimi problemlərlə mübarizədə onların öz dilində, sadə və başadüşülən tərzdə danışılmasına üstünlük verirlər:
“Biz əgər təlim keçiriksə, burada hər şeyi olduğu kimi danışmalıyıq. Mən öz təcrübəmdən görürəm ki, təlimdə metamfetamin, amfetamin və s. narkotik maddələrin adını çəkərkən deyil, “patı”, “şüşə” dedikdə onlar məsələyə maraqla qulaq asırlar. Ona görə ki, nə demək istədiyimizi belə daha yaxşı başa düşürlər. Narkomaniya ilə mübarizə çərçivəsində aparılan təlimlərin çox az müsbət nəticə verməsinin səbəbi izah edilən problemin hər kəs üçün anlaşılan dildə olmamasıdır. Əgər çöldə bunu “patı”, “şüşə” adlandırırlarsa, təlimdə də belə izah edilməlidir.
Təlimdə çox vaxt deyirlər ki, “biz bunu bilirik, bizə bunu danışmayın”. Ya da təlimdə həbsxanada olanlardan, səhv edən şəxslərin davranışlarından danışırlar, sual verirlər. Mən daha çox diskussiya aparır, təlimdə uşaqların, digərlərinin suallarını cavablandırmağa çalışıram.
Bu gün bəzi uşaqlar “işverən”lərdən, “yaxşı oğlan” anlayışından danışırlar. Uşaqlar o dildə başa düşürlər və biz onlara çatdırmaq istədiklərimizi məhz bu dildə, bu üslubda izah etməyi bacarmalıyıq. Uşaqlar özləri öz aralarında bir-birinin səhv yola düşmələrinə göz yumurlar. Mən onlara “niyə vaxtında o dostunun atasına, anasına bu barədə danışmadın?” deyə sual verəndə “mən işverən deyiləm” cavabını verirlər. Yəni işlədiyimiz insanlar çöl dilini üstün tuturlar”
E.Maqalov deyir ki, bu mübarizə ilə bağlı təlim keçdiyi bəzi uşaqlar risk qrupuna daxil olan və pis vərdişlərə meyil edənlərdir:
“Bu uşaqlar çətin tərbiyə olunanlardır və çöl mühitinin dərinliklərini gördükləri üçün onlarla danışmağı bacarmasan, onlara kömək edə bilməzsən. Bu işlərlə mütəxəssislər məşğul olmalıdırlar. Onlara səhv məlumat vermək olmaz. Bir dəfə keçdiyim təlim prosesində ərazi üzrə icra hakimiyyətində narkomaniya üzrə mübarizə komissiyasının sədri iştirak edirdi. O, uşaqlara dedi ki, mənim qohumum da narkoman olub. Uşaqlar dərhal sual verdilər ki, necə oldu, narkoman oldu? O da dedi ki, bir narkoman əlində iynəni gətirib batırdı ona, o gündən də narkoman oldu. Uşaqlar onunla lağlağı etdilər. Narkomaniya ilə mübarizə aparmaq asan deyil ki, hər kəs bu riskli uşaqlarla işləsin. Bu cür bir uğursuz “təlimçi” yüz uşağa xeyir yerinə ziyan vurur, eyni zamanda da işini bilən təlimçilərin keçdikləri təlimlərdə uşaqların onların üzünə ağ olmalarına səbəb olur. Odur ki, mütəxəssis kimi xahiş edirəm, burnunuz girməyən yerə başınızı soxmayın”.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Kazbek” meyxanasını oxuyan şəxs saxlanılıb, onun üzərindən narkotik maddə aşkarlanıb - YENİLƏNİB

    “Kazbek” meyxanasını oxuyan şəxs saxlanılıb, onun ...

    1-04-2019, 18:25

  • 
  • Məmurların narkoman uşaqları «anonim»lər sırasında

    Məmurların narkoman uşaqları «anonim»lər sırasında ...

    16-03-2014, 12:45

  • 
  • Hərbi qulluq və narkomaniya

    Hərbi qulluq və narkomaniya ...

    15-03-2015, 12:31

  • 
  • Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən istifadə hallarına rast gəlinir

    Azərbaycanda 14-15 yaş yeniyetmələrin narkotikdən ...

    25-06-2013, 11:43

  • 
  • Rəsmi açıqlama: “iran qadınlarının 10 faizi narkomandır”

    Rəsmi açıqlama: “iran qadınlarının 10 faizi ...

    1-09-2014, 15:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu