Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib.
Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli Oxu.az-a bildirib ki, sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?