Azərbaycanda iş adamı qardaşı oğlu tərəfindən şantaj olunduğu üçün polisə şikayət edib.
Şantaja məruz qalan iş adamı əslən Yardımlı rayonundan olsa da, Biləsuvar rayonun Əsgərabad kəndində qeydiyyatda olan Fizuli Qarayevdir. Fizuli Qarayev rayonda xeyriyyəçi iş adamı kimi tanınır və YAP-ın rayon ərazi təşkilat komitəsinin sədridir. Belə ki, iş adamının Seyidhəsən adlı qardaşı oğlu ondan maşın və Qida Təhlükəsizlik Agentliyində (AQTA) işə düzəltməyi tələb edib. 2000-ci il təvəllüdlü Seyidhəsən iddia edib ki, oxumaq yox, işləmək istəyirmiş, lakin əmisi Fizuli ona "qələt edirsən, oxumalısan, hərbi xidmətə getməlisən, bundan sonra sənin üçün hər şey edəcəm" deyib. Bundan sonra Seyidhəsən Turizm və Menecment Universitetini bitirib və hərbi xidmət keçdikdən sonra əmisi onunla maraqlanmayıb. Həmçinin əmisi Bakı şəhərində şokalad fabriki açıb, onun qardaşını aparıb müdir qoyub. Əmisinə qəzəblənən Seyidhəsən onun telefonuna söyüş yazıb, evinə gedərək damına daş atırmış. Daha sonra Seyidhəsən əmisini sosial şəbəkələrdə şantaj etməyə başlayıb. O əvvəlcə əmisi telefona cavab vermədiyi üçün sosial şəbəkədə onun şəklini ayaqyolunun unitazına qoyaraq şəkilini çəkib, narkotik maddə alveri ilə məşğul olması, vergidən yayınması haqqında paylaşım edib. Bir neçə dəfə bu yolla əmisindən pul alaraq sosial şəbəkələrdə yazdıqlarını silib. Sonuncu dəfə şantaj etmək istəyərkən isə Fizuli Qarayev qardaşı oğlunun əməlləri barəsində şikayət edib. Seyidhəsən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Seyidhəsən məhkəmədə əmisinə qarşı törətdiyi əməldən peşman olduğunu bildirib. Füzuli Qarayev də qardaşı oğlunu bağışlayıb. Məhkəmənin qərarı ilə Seyidhəsən təqsirli bilinib və 500 manat cərimə edilib./qaynarinfo.az/
Sorğu
Yeni dizaynımız necədir?