Konyada Jandarma Mütəxəssisi Çavuş Emre K. mebel sahibi Necati Çınar (54) və oğlu Yavuz Çınarı (30) kirayə mübahisəsi zəminində öldürüb.
Gundemxeber.az hürriyet-ə istinadən xəbər verir ki, Emre K. polis tərəfindən tutularaq saxlanılıb. Hadisə səhər saat 08:00 radələrində Sənaye Sahəsində mebel istehsal edən iş yerində baş verib. Akşehir Həbsxanasında çalışan Jandarma Mütəxəssisi Çavuş Emre K. kirayə mübahisəsi yaşadığı ev sahibi Necati Çınarın iş yerinə gedib. Burada başlayan mübahisədən sonra Emre K. Necati Çınar və oğlu Yavuz Çınara tapança ilə atəş açıb. Bədənlərinin müxtəlif yerlərindən yaralanan ata və oğul qan içində yerə yıxılarkən, Emre K. qaçıb. Ətrafdakıların xəbəri alındıqdan sonra hadisə yerinə polis və sağlamlıq qrupu sövq edilib. Təcili yardımla Akşehir Dövlət Xəstəxanasına aparılan Necati Çınar və oğlu Yavuz Çınar həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Qısa müddətdə polis tərəfindən tutularaq nəzarətə alınan Emre K. hadisə ilə bağlı istintaq başladılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?