Türkiyənin "Fənərbağça" futbol komandasının sabiq baş məşqçisi Emre Belözoğlu karyerasını İtaliyada davam etdirə bilər.
Gundemxeber.Az-ın "SportPress24"ə istinadən məlumatına görə, "Latsio"nun yeni baş məşqçisi Mauritsio Sarri 41 yaşlı mütəxəssisi özünə köməkçi götürmək istəyir.
Belözoğlu 2001 - 2005-ci illərdə "İnter"də çıxış edib. O, Sarri ilə yanaşı, Türkiyə millisinin baş məşqçisi Şenol Günəşdən də analoji təklif alıb.
Qeyd edək ki, Emre Belözoğlu "Fənərbağça"nın baş məşqçisi kimi 2020/2021 mövsümünün ikinci yarısında 10 oyundan 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. "Sarı-lacivərdlilər" bu qarşılaşmalarda 18 qol vurub, 10 top buraxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?