GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO

Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO

Tarix: 28-10-2024, 23:46 Bölmə :Kirminal Baxış: 232

 

Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.

GUNDEMXEBER.AZ bildirir ki, "Qafqazinfo" cinayət işinin bəzi detallarını əldə edib. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.

Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.

Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.

Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.

Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb: "Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu".

Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub: "Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır". Fəridin anası da Leylanı xilas etdiyini demişdi".

Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.

Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar: "Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur".

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.

Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürək altı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.

Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib.

 GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qonşusunu qətlə yetirib qaçdı

    Qonşusunu qətlə yetirib qaçdı ...

    25-12-2013, 14:03

  • 
  • Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirib

    Cəlilabadda ər arvadını qəddarcasına qətlə yetirib ...

    27-08-2017, 16:55

  • 
  • Lerikdə dəhşətli qətl körpə uşaqların gözü qarşısında törədilib — TƏFƏRRÜAT

    Lerikdə dəhşətli qətl körpə uşaqların gözü ...

    25-12-2014, 02:07

  • 
  • Hacıqabulda ər arvadını qətlə yetirib, özünü güllələdi

    Hacıqabulda ər arvadını qətlə yetirib, özünü ...

    27-11-2015, 14:06

  • 
  • Gədəbəydə ər arvadını döyərək qətlə yetirib

    Gədəbəydə ər arvadını döyərək qətlə yetirib ...

    5-02-2017, 21:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (219)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu