İki il əvvəl Ağcabədi rayonunda 68 yaşlı arvadını öldürən kişinin qardaşı oğlu da həbs edilib.
GUNDEMXEBER.AZ-ın qaynarinfo-ya istinadən məlumatına görə, 2023-cü ildə yanvarın 14-də Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri, 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev saxlanılaraq həbs edilib.
Hadisəni törətdiyinə görə, Əliyar Mehdiyevə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Ötən ilin dekabr ayında təqsirləndirilən şəxs Əliyar Mehdiyevin 30 yaşlı qardaşı oğlu S.Mehdiyev də sözügedən cinayəti bilib, gizlətdiyinə görə saxlanılıb. S.Mehdiyev barəsində Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, 1995-ci ildə Ağcabədi şəhərində anadan olmuş S.Mehdiyev əmisinin cinayəti törətdiyi baltanı gizlətməkdə təqsirləndirilib. Belə ki, Əliyar Mehdiyev arvadını təsərrüfat-məişət təyinatlı balta ilə öldürüb. Qardaşı oğlu isə hadisədən sonra baltanı götürüb və cinayət baş verən evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoyaraq qəsdən gizlədib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Sorğu
Yeni dizaynımız necədir?