Gundemxeber.az » Ölkə » Kirminal » Aİ Krımı heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq – Kalasdan sərt reaksiya!
Avropa İttifaqı Krımın Rusiyaya məxsusluğunu tanımaq fikrində deyil.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas ABŞ-ın sülh planı çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya verib.
O bəyan edib ki, Avropa İttifaqı Krımın işğalını heç vaxt qanuni saymayacaq və bu məsələdə mövqeyi dəyişməz qalacaq: “Krım Ukraynanındır və bu, beynəlxalq hüquqla təsdiqlənmiş faktdır.”
Bu açıqlama, ABŞ-ın yeni sülh planında Krımın Rusiyaya məxsusluğunun qəbul edilməsi kimi bir şərtin yer aldığı barədə yayılan məlumatlardan sonra səsləndirilib.
Kalasın bəyanatı Avropanın prinsipial mövqeyinin davam etdiyini göstərir.
Gundemxeber.az
6-07-2018, 11:29
26-03-2014, 10:00
22-06-2018, 15:50
2-04-2014, 11:24
18-03-2025, 11:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?