Gundemxeber.az » Ölkə » Kirminal » Qazi narkotiklə tutuldu - Bu cəzanı aldı
Bakıda xeyli miqdarda narkotik vasitə ilə saxlanılan qazi hakim önünə çıxarılıb. Məhkəmənin hökmü ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Xeyli miqdarda narkotik vasitə əldə etmə və saxlamaqda ittiham olunan Rauf Cabbarovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
24 yaşlı təqsirləndirilən şəxs ittihamla özünü təqsirli bilməyib. Daha əvvəl narkotik istifadəsinə görə məsuliyyətə cəlb edilən R.Cabbarov bu ittihamın əsassız olduğunu deyib.
Məhkəmənin hökmü ilə Rauf Cabbarov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rauf Cabbarov Vətən Müharibəsi iştirakçısıdır. O, xidmətlərinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalalrı ilə təltif edilib./musavat.com/
20-02-2015, 12:28
28-12-2015, 21:09
27-11-2017, 17:20
18-02-2018, 22:28
16-12-2015, 18:05
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?