GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Tarzan “Kürd Amo”nu niyə öldürüb?- “Dedi ki, səni tək tutacam”- TƏFƏRRÜAT

Tarzan “Kürd Amo”nu niyə öldürüb?- “Dedi ki, səni tək tutacam”- TƏFƏRRÜAT

Tarix: 4-07-2025, 15:23 Bölmə :Kirminal Baxış: 98


Mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olan “Kürd Amo” ləqəbli Əhməd Ərəbovun qətlinin təfərrüatları məlum olub. “Kürd Amo” həmkəndlisi 37 yaşlı Tarzan Şamilov tərəfindən maşınla vurularaq öldürülüb.

Hadisədən bir neçə gün əvvəl tərəflər arasında mübahisə olub və onlar əlbəyaxa dava ediblər. Qohumlar onları barışdırmağa çalışsalar da buna nail ola bilməyiblər.

İlkin məlumatlarda tərəflər arasındakı mübahisənin torpaq üstündə başladığı bildirilsə də, cinayət işi materiallarında başqa təfərrüatlar üzə çıxıb. Məlum olub ki, hadisədən bir neçə gün əvvəl onlar əkin sahəsinin yanında görüşüblər.

Tarzan dayısı Nizami torpaq sahəsini suvaran zaman onun yanında olub. “Kürd Amo” həmin əraziyə gələrək Tarzanın dayısı Nizami ilə mübahisə edib. Mübahisəyə qoşulan Tarzan sonradan “Kürd Amo” ilə əlbəyaxa dava edib. Bu zaman “Kürd Amo”nun da yanında iki nəfər olub. Onlar tərəfləri sakitləşdiriblər və hadisə yerindən uzaqlaşıblar.

Məhkəmədə dindirilən Tarzan ifadəsində deyib ki, “Kürd Amo” ilə əvvəllər arasında ədavət və düşmənçilik olmayıb:

“Dayım Nizami ilə əkin sahəsində idik. Mən maşında arxa oturacaqda oturmuşdum. Əhməd yanımıza gəlib dayımdan nə üçün onun mal-qarası ilə maraqlandığını soruşdu. Söyüş söyüb, dayımla mübahisə etməyə başladı. Dayım ondan bir dəfə mal-heyvanı neçəyə satdığını soruşduğu üçün Əhmədin bundan xoşu gəlməmişdi. Mən mübahisəni dayandırmaq üçün Əhmədə dedim ki, dayımın soruşmasında qəbahət yoxdur. Əhməd əlindəki fənəri mənə atdı, sonra da yumruq vurdu. Əlbəyaxa olanda bizi aralaşdırdılar”.

WhatsApp Image 2025-07-04 at 12.26.28.jpeg (37 KB)

Tarzanın dediyinə görə hadisədən bir gün sonra Əhmədgilin evində görüş olub:

“Ertəsi gün dayım hadisə ilə bağlı ailəmə məlumat verdi. Atam Əhmədin atasına zəng edib danışdı. Sonra dayım Nizami ilə birlikdə Əhmədgilə getdik. Əhmədin atası Temur kişi bizi evə dəvət etdi. Mən Əhmədə “sənə yaxışılıqdan başqa nə etmişəm ki, mənə qarşı elə hərəkətlər edirsən” dedim. Əhməd dedi ki, tələsmə, gör mən sənə nə edəcəm. Əhmədin atası mənə dedi ki, oğlum səni çağıranda yanına getmə, əsəbidir. Sonra çıxıb evə getdik”.

Daha sonra Əhmədin valideynləri Tarzanın dayısıgilə gedərək, tərəfləri barışdırmaq üçün danışıblar. Həmin ərəfədə isə Əhmədlə Tarzan yolda bir dəfə rastlaşıblar.

Tarzanın sözlərinə görə, Əhməd maşınla onun yanından keçən zaman avtomobilin içərisinə baxıb:

“Sonra dayım, əmim və Əhmədin atası yenidən görüşdülər ki, bizi barışdırsınlar. Amma Əhməd onlara deyib ki, heç kim bizim işimizə qarışmasın, özümüz həll edəcəyik. Həmin gün yolda Əhmədlə qarşılaşdıq. Maşında oğlum da var idi. Əhməd mənə dedi ki, tələsmə, səni tək tutacam”.

Hadisə günü baş verənlərdən danışan Tarzan deyib ki, yolda Əhməd maşınla anidən qarşısına çıxdığı üçün onun maşınını arxadan vurub: “Geri dönüb evə qayıtmaq istədim. Dava olmasını istəmirdim. Maşının surətini artırıb getmək istəyəndə Əhməd anidən avtomobildən düşüb, qarşıma keçdi. Maşının ön sağ tərəfinə dəydi. Məsafə az olduğundan əyləci sıxa bilmədim. Hadisənin şokunda olduğumdan dayanmadım. Əhmədin maşınında Rəvan da var idi. Ona görə oradan getdim. Bibimgilə gedib hadisə barədə məlumat verdim. Əhmədə kömək etmələrini xahiş etdim”.

Tarzan deyib ki, Əhmədin üstündən bilərək maşınla keçməyib.

“Kürd Amo”nun atası hüquqi varis kimi dindirilən zaman deyib ki, qətl hadisəsindən əvvəl Tarzan onlara gələrək evlərinə hücum edib:

“Mən Tarzanın dayısı Nizamidən nə baş verdiyini soruşdum. Nizami dedi ki, Əhməddən mal-heyvanı neçəyə satdığını soruşub. Əhməd də bununla niyə maraqlandığını Nizamiyə irad bildirib. Onlar arasındakı mübahisəyə Tarzan qoşulub və Əhmədi vurub. Onları barışdırmaq üçün cəhd etdik. Tarzanın əmisi, dayısı ilə də danışdım. Tarzan bizə gəlib Əhmədi soruşdu. Evə hücum edəndə belində silah olub. Əhməd ona dedi ki, evdə uşaqlar var, sonra söhbət edərik. Tarzan dedi ki, Əhmədin başına oyun açacam. Tarzan gedəndən sonra əmisi Knyaza zəng elədim. Knyaz dedi ki, onları barışdırmağa çalışacaq. Əhməd evdən çıxıb gedəndən bir müddət sonra xəbər gəldi ki, onun maşınını vurublar. Hadisə yerinə gedəndə öyrəndik ki, Tarzan Əhmədi vuraraq öldürüb”.

Tarzanın “Kürd Amo”nu avtomobillə qəsdən vurmasına şahidlik edən Rəvan olub. Rəvan “Kürd Amo”nun avtomobilində olub. İstintaq orqanı Rəvanın ifadəsini əsas sübut kimi qiymətləndirib. Rəvan bildirib ki, Tarzan sürətlə onları arxadan vurandan sonra Əhməd maşından düşüb. Bu zaman Tarzan yenidən sürəti artıraraq Əhmədi vuraraq bir neçə metr sürüyərək yolun kənarına atıb.

“Kürd Amo”nun yaxınları ifadə verən zaman deyiblər ki, Tarzan Əhməddən qisas alacağını deyib. Tarzanın yaxınları da deyib ki, Əhməd Tarzandan qisas alacağını deyirmiş.

Məhkəmə araşdırması zamanı istintaqın gəldiyi nəticə həqiqətə uyğun hesab edilib. Tarzanın “Kürd Amo”nu bilərəkdən maşınla vurub öldürdüyü şahid ifadələri ilə təsdiq edilib.

Tarzan xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, “Kürd Amo” kriminal aləmdə kifayət qədər tanınmış şəxs idi. O, daha əvvəl Azərbaycanda iki dəfə məhkumluq həyatı yaşamışdı. Quldurluq və narkotik ittihamları ilə həbs edilmişdi. “Kürd Amo” bir müddət də Türkiyədə “Lotu Quli”nin yanında idi. Bakıya qayıtdıqdan sonra sonuncu dəfə 2021-ci ildə narkotik ittihamı ilə həbs edilərək 2 il cəza almışdı./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kriminal avtoritet “Kürd Amo” öldürüldü - Lotu Qulinin əsas adamlarından idi

    Kriminal avtoritet “Kürd Amo” öldürüldü - Lotu ...

    18-07-2024, 15:24

  • 
  • Ermənilərdən “kürd referendumu”na dəstək

    Ermənilərdən “kürd referendumu”na dəstək ...

    30-09-2017, 17:49

  • 
  • Kürd qadın döyüşçü İŞİD-ə əsir düşməmək üçün özünü öldürdü

    Kürd qadın döyüşçü İŞİD-ə əsir düşməmək üçün ...

    3-10-2014, 13:14

  • 
  • Kürd bayrağını belə endirdilər

    Kürd bayrağını belə endirdilər ...

    26-09-2014, 16:36

  • 
  • Türkiyə ordusu kürd terrorçularının iki düşərgəsini darmadağın etdi

    Türkiyə ordusu kürd terrorçularının iki ...

    11-10-2015, 19:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu