Gundemxeber.az » Ölkə » Kirminal » Həyat yoldaşını qətlə yetirən Natiq hakim qarşısında
Suraxanıda həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Natiq Məhərrəmovun cinayət işi üzrə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə iş baxışa verilib. Baxış iclası avqustun 6-na təyin edilib.
Qeyd edək ki, hadisə aprel ayında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbədə yerləşən parkların birində 39 yaşlı Sevinc Məhərrəmova amansızca qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 35 yaşlı Natiq Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb.
Natiq Məhərrəmova Cinayət Məcəlləsinin 120.2.2- ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb./musavat.com/
1-09-2017, 16:47
16-01-2016, 12:37
11-09-2018, 13:48
22-04-2016, 00:50
30-04-2021, 10:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?