Ermənistan Respublikasının sabiq baş naziri Ovik Abramyan barəsindəki cinayət işi 19 avqust tarixində Antikorrupsiya Məhkəməsinin hakimi Aram Qriqoryana həvalə olunub.
Gundemxeber.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Xatırladaq ki, bu iş üzrə 14 avqustda keçirilən ilk məhkəmə iclasında hakim Vağe Dolmazyan özünü işdən kənarlaşdırıb. O, bunu prokurorluqda çalışarkən həmin iş üzrə qanuniliyə nəzarəti həyata keçirməsi ilə əsaslandırmışdı.
"Sputnik Armenia" xəbərinə görə, Ovik Abramyan «çox böyük məbləğdə pul yuma» ittihamı ilə üzləşib. ilkin istintaq zamanı müəyyən edilib ki, o, dövlət və yerli hakimiyyət orqanlarına təsir göstərərək, qanunsuz hərracların təşkilatı vasitəsilə təxminən 470 milyon dram öz mənfəətinə çıxarıb.
Bundan başqa Abramyan keçmişdə bir sıra dövlət vəzifələrini icra edərkən –xəritələr və torpaq rəsmiləşdirmələri kimi məsələlərlə bağlı öz səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Bu, Dilican (Tavuş), Narek (Ararat bölgəsi) və Mxçan icmalarında görə torpaq sahələri əldə etməklə bağlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?