Gundemxeber.az » Dünya » Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürülüb
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, çirkli pulların yuyulması və vəzifəli şəxs kimi şirkət idarə etməkdə ittiham olunur.
Məlumata görə, Ovik Abramyan etibarlı şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edib. Bu şirkət vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı da qanuniləşdirib. Ovik Abramyanın cinayət işinə qardaşı Henrik Abramyan, polis rəisi Alik Sarkisyan və başqaları da cəlb olunub.
Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.
GUNDEMXEBER.AZ
8-04-2016, 00:29
3-08-2014, 00:35
8-08-2014, 02:43
3-08-2018, 00:30
17-03-2016, 11:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?