Gundemxeber.az » Ölkə » Kirminal » Səhifə 191
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2017-ci ildə insan alverinə görə 6 nəfər Azərbaycan vətəndaşını axtarışa verib.
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri – Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dələduzluqda təqsirləndirilən veteran futbolçu Maşallah Əhmədovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından zərərçəkmişin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Lotu Quli öz emissarlarını Ukraynaya göndərib. Rusiya KİV-ə istinadən məlumata görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.
İranda yaşanan son kütləvi etirazlar zamanı Qərbi Azərbaycan vilayətinin Urmiyə və Xoy şəhərində nəzarət altına alınmış bir neçə vətəndaşın azadlığa buraxıldığı bildirilir.
Xalq artisti, balerina və s. titulların sahibi Leyla Şıxlinskayanın rəhbərlik etdiyi, onun adını daşıyan klinikanın göz həkimi Namiq Mustafayev rəsmi sənədlərə görə, klinikadan 180 manat, faktiki isə7-8 min manat maaş alırmış. Virtualaz.org xəbər verir ki, bunu N.Mustafayev özü ötən həftənin cümə günü məhkəmədə təsdiqləyib.
Sorğu
Yeni dizaynımız necədir?