GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR

Tarix: 16-05-2017, 16:05 Bölmə :Mədəniyyət Baxış: 523
Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR


...Biz orda olanda bu xarabalıqlar ot-alafdan təmizlənməkdə idi. Uzaqdan baxanda heç bir təəssürat oyatmayan qoruq barəsində "əşi, orda nə var ki, heç bir maraqlı informasiya yükü görmürəm” deyə ürəyimdə fikirləşirdim.

Qoruğa yaxınlaşanda təmizlik işlərinin aparıldığını görüb fikrimdə yanılmadığımı hesab eləyirdim. Ta ki bələdçi "heç bilirsən bu çuxur nə olub?” deyənə qədər...

Aşağı boylananda darısqal, dayaz bir quyu görünürdü. Dörd divarın nə olduğunu həmin quyuya baxanda daha çox anlamaq olur. Ora nə məzarlıq idi, nə Hüqonun "Qara otağı”, nə Sartrın "Divar”ı, nə də Bakı İstintaq Təcridxanası...

Bələdçimiz danışır ki, bax, həmin bu çuxurun içərisində 12-ci əsrin görkəmli şairi olmuş Xaqani Şirvani həbsdə saxlanılıb.

Bu zindanda nə günümüzün İran türməsi - Evini görmüş cavan şairi Şəhriyar Del Geranisi, nə də Aqşin Yeniseyi dözə bilərdi. Hətta kim bilir, bəlkə də Quantanamo daha yaxşı yerdir.

Hər halda 9 əsr əvvəl olmuş bir hadisə hər nə qədər uzaq görünsə də, özünü həmin zindanda təsəvvür edəndə dəhşətə gəlməmək olmur. Hətta Qobustandakı ömürlük məhkumların kamerası belə bu çuxur qədər qorxunc ola bilməz.

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR


Ancaq X.Şirvani bu zindanda nəinki həbs həyatı yaşayıb, yaradıcılığının xüsusi bir səhifəsi olan "Həbsiyyə” məsnəvisini də yazıb-yaradıb.

Heyrətamizdir - şair nə "Darıxıram” şeiri yazıb, nə də quşların, sərçələrin dimdiyini vəsf edib. Azadlıq havasından məhrum edilmiş şair bu məzarın içərisində öz qəbir həyatını yaşayıb.

Söhbət indiki Şabran şəhər tarixi qoruğundan gedir. Bu qoruq 2003-cü ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə tarixi mədəniyyət qoruğu elan edilib.

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR


Şabran xarabalıqlarının tarixi 5-6-cı əsrə qədər gedib çıxır.

Ptolomeyin tarixində bu şəhərin adı "Sapothrenae” kimi çəkilir. Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığındadır.

***

12-ci əsrdə Xaqani Şirvani Şirvanşah I Axsitan tərəfindən həbs edilərək Şabran qalasına salınır. 1979-83-cü illərdə qazıntı aparan alim Rəşid Göyüşovun qənaətinə görə, X.Şirvani məhz qarşısında durduğumuz 3 arşınlıq divarların arasındakı zindanda saxlanılıb.

Saray mühiti şairi bezdirdiyi üçün o, böyük çətinliklə olsa da İraqa, oradan da Məkkəyə getməyə razılıq alır. Şair 1170-ci ildə saraydan uzaqlaşmaq məqsədilə Şirvanı xəbərsiz-ətərsiz tərk etməyə təşəbbüs göstərir.

Lakin I Axsitanın əmri ilə tutulub geri qaytarılır və həmin Şabran qalasında zindan həyatı yaşamağa məhkum edilir. Şairin zindan əzablarını əks etdirən məşhur "Həbsiyyə”sinin ibrətamiz beytləri yaranır.

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR


Şəhərlə bağlı zaman-zaman yayılan müxtəlif əfsanələr də az deyil. Onlardan biri, deyilənə görə, bu yerlərdə 40 dəvə yükü qızıl basdırılmasıdır. Yayılan bu əfsanələr Şabranın qədim bir məskən olması ilə yanaşı, hələ sirrinin də tam açılmadığını göstərir.

Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olub.

Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın saldırdığını qeyd edirlər. Görünür, Şəbəran adı Şapur İran adı ilə bağlılığına işarədir.
Hələ 1254-cü ildə Cənubi Qafqaz yolu ilə Monqolustandan qayıdarkən Şəbəranda olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını göstərib.

Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla Şamaxı arasındakı dağ qalalarında məskən salıblar. Ancaq əhalinin əksəriyyətini müsəlmanlar və xristianlar təşkil edib.

Şəbəranın adı Teymurun yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa yürüşdən qayıdan Teymuru səfərdə müşayiət edən Şirvanşah Şeyx İbrahim bu şəhərdə onun şərəfinə ziyafət verib.

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR


Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxıb. Bütün bunlar Şabran şəhərinin xarabalıqlarına aiddir.

Maraqlıdır ki, həmin zindanda təkcə X.Şirvani məhkum olmayıb. "Tarix-i əl-Bab”da Şirvanşah Əbu Nəsrin əl-Bab əmirinin qardaşını Şirvan qalasında həbsdə saxladığı deyilir. Yəni, bura nə Evin, nə Quantanamo, nə də Kürdəxanı türməsi deyil, daha məşəqqətlisidir...

Emil Salamoğlu
Bakı Post

Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR
Məşhur şairin yatdığı zindan - Əməkdaşımız Azərbaycanın Quantanamosından yazır/ FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İnstitut direktoru: "Nizaminin farsdilli Azərbaycan şairi olmasını sübut edəcəyəm"

    İnstitut direktoru: "Nizaminin farsdilli ...

    25-11-2015, 15:13

  • 
  • Müşfiq “yenə o bağ olaydı” şeirini kimə yazıb?

    Müşfiq “yenə o bağ olaydı” şeirini kimə yazıb? ...

    22-11-2014, 23:44

  • 
  • Tanınmış şair vəfat etdi

    Tanınmış şair vəfat etdi ...

    25-12-2016, 21:10

  • 
  • Xalq şairi vəfat etdi

    Xalq şairi vəfat etdi ...

    4-05-2016, 11:03

  • 
  • Azadlıqdan zindana deyilən sözlər

    Azadlıqdan zindana deyilən sözlər ...

    29-12-2012, 10:59


Təqvim

«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

Oktyabr 2023 (27)
Sentyabr 2023 (545)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu