GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Yazıçı və şairlərin maraqlı əhvalatları

Yazıçı və şairlərin maraqlı əhvalatları

Tarix: 6-06-2017, 14:43 Bölmə :Mədəniyyət Baxış: 991
Yazıçı və şairlərin maraqlı əhvalatları


Hörmətli oxucular! Tanınmış şair Əjdər Ol öz gözəl şeirləriylə Sizlərə yaxşı tanışdır. Bununla yanaşı o, həm də şahidi olduğu, müasirlərindən eşitdiyi maraqlı hadisələri, lətifələri, duzlu-məzəli əhvalatları qələmə alaraq, kitab halında çap etdirmişdir. Bu marağı nəzərə alaraq, 10may.az saytı Əjdər Ol yaradıcılığının bu sahəsinə müraciət etməyə, onun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabından seçmələri mütəmadi olaraq öz oxucularıyla bölüşməyə qərar verdi.

Çoxdandı tək-tənha yaşayan yazıçı dostum Namiq Abdullayevə
baş çəkə bilmirdim. Novruz bayramı günü onunla bayramlaşmağa
getdim. Namiq müəllim doqqazda qarşıma çıxdı.
Gəlişim onu xeyli sevindirdi. Namiq müəllim həmin adamdı, ancaq
qiyafəsi tamam dəyişimişdi.
Evə keçdik. Əlbəttə, qadınsız evdə, özü də Namiq müəllim kimi
ərincək bir adamın evində səliqə-səhman ola bilməzdi, otağın havası
ağırdı. Pəncərəni açmaq istədim. Namiq müəllim:

– Özün bil, – dedi – mən otağımın havasına öyrəşmişəm, gözlə
pəncərədən sənə soyuq olmasın.
Onun təzə, bahalı paltosuna, papağına fikir verdiyimi görəndə o,
qəfildən şuara oxşayan bir cümlə dedi:
– Sağ olsun o yazıçı!
Soruşdum :
– Hansı yazıçı?
– Mənə yaxşılıq edən o yazıçı.
Sualımı yenə təkrar etdim.
– Adını, kimliyini mən də bilmirəm, – dedi.
Namiq müəllim siqaretini yandırıb söhbətə başladı:
– Bilirsən ki, qohumlarımla gediş-gəlişim yoxdur. Uşaqlarım da
məni itirib-axtarmırlar. Təxminən dörd ay bundan qabaq bir əhvalat
olur. Çox içdiyimə görə mənimlə arası sərin olan, rayon Yol polisinin
rəisi vəzifəsində işləyən böyük kürəkənimin əlinə yol hərəkəti
qaydalarını pozmuş bir yazıçının sürücülük vəsiqəsi düşür. Yazıçı
vəsiqəsinin dalınca onun yanına gəlir. Kürəkənim yazıçını üzdən
tanıyırmış, söhbətarası yazıçıdan mənim necə adam olmağımı soruşur.
Yazıçı onun kürəkənim olduğunu bilməyə-bilməyə məni ona
tərifləməyə başlayır.
Kürəkənim laqeyid halda deyir:
– İçki düşkününü, yaramazın birini belə tərifləmə! Onda tərifli heç
nə yoxdur.
Yazıçı kürəkənimin bu sözlərindən sonra incik-incik ayağa durur
və qapıya üz tutur.
Kürəkənim axradan çağırır:
– Vəsiqəniz qaldı!
Yazıçı dönüb deyir:
– Siz Namiq müəllim kimi yazıçı haqqında belə danışırsınızsa, o
vəsiqə mənə lazım deyil!
O qapını çöldən çırpıb gedir.
Kürəkənim onun dalınca qaçıb özünü nişan verir və vəsiqəni qaytarır.
Demə kürəkənim xeyli adamdan mənim haqqımda soruşubmuş.
Çox içməyimi danmasalar da, heç kəs dalımca pis danışmayıb.

Bu əhvalatdan sonra kürəkənim yanıma gəlib-getməyə başladı.
Bax bu paltonu, papağı mənə o alıb. Məsələ paltoda, papaqda deyil.
Qapımı açanların sayı artıb. Təklikdən qoxduğum kimi heç hədən
qorxmuram!
Namiq müəllim kibritə əl atıb, sönmüş siqaretini yandırdı.
AĞACAVAD ƏLİZADƏ
Şair Ağacavad Əlizadə danışırdı ki, 1979-cu il İran inqilabından
sonra orada güclü tuthatut başladı. Təbrizdə və başqa Azərbaycan
şəhərlərində də dar ağacları quruldu, zindanların qapısı tez-tez açılıbörtülməyə
başladı.
Həmin günlərin birində Yazıçılar İttifaqında Balaş Azəroğlunun
kabinetində Əli Tudə, Söhrab Tahir və başqa cənublu şairlər yığışıb bu
dərddən danışırlarmış. Mən kabinetin qapısını açıb söhbətin üstünə
çıxdım. Üzüm sarıqlı olduğuna görə Söhrab Tahir söz atdı:
– Ağacavad, yaralısan, cənubdan gələnə oxşayırsan?
İran höküməti mühacirlərin ora getməyinə icazə versə də, bunların
o taya ayaq basmaq fikrində olmadıqlarını nəzərdə tutub dedim:
– Hə, sizin əvəzinizə də mən vuruşurdum!
* * *
Elçilik vaxtı oğlan tərəfdən şair Famil Mehdi, qız tərəfdən Ağacavad
Əlizadə ağsaqqalıq edirmiş. Məclisin başlanğıcında Famil Mehdi
ayağa durub oğlan adamlarını əlilə bir-bir göstərərək təqdim etməyə
başlayır:
– Bəxtiyar Vahabzadə – Elmlər doktoru, professor, məşhur şair,
Dövlət mükafatı laureatı…
Fərəməz Maqsudov – tanınmış riyaziyyatçı alim, institut direktoru,
əməkdar elm xadimi…
Famil Mehdi oğlan adamlarını belə-belə təqdim edib qurtardı.

Növbə Ağacavad Əlizadəyə çatır. O, ayağa durub qız adamlarını
tanıtmazdan əvvəl deyir:
– Əziz qonaqlar, mən qız evinin adamlarını ad-sanına, vəzifəsinə
görə deyil, qohumluq dərəcəsinə görə təqdim edəcəyəm:
– Qız atası – dayım oğlu Fərəc!
– Qız anası – mehriban Güldəstə xanım!…
* * *
Şair Ağacavad Əlizadə «Azərbaycan» jurnalının Poeziya şöbəsində
işlərkən Bəxtiyar Vahabzadə ona jurnalda çap olunmaq üçün yeni
şeirlərini
təqdim edibmiş. Elə olur ki, jurnalın əməkdaşı şeirləri
bəyənməyib müəllifinə qaytarmaq istəyəndə onların sözləri çəp gəlir.
Dartışırlar. Hətta, Bəxtiyar Vahabzadə hirsini cilovlaya bilməyib qələm
yoldaşına bir şillə ilişdirir. Məsələ böyüyür. Yazıçılar Birliyinin
rəhbərliyi onları barışdırmaq istəyir. Axırda Bəxtiyar Vahabzadə üzr
istəməli olur və həmkarı ilə əl tutub onun üzündən öpür.
Sədr zərərçəkəndən soruşur:
– Hə, razı qaldın?
Ağacavad Əlizadə cavab verir:
– Yox, razı qalmadım. Bəxtiyar mənim sağ üzümdən öpdü, ancaq,
şilləni sol üzümə vurmuşdu.
SINAQ
Mən Yazıçılar Birliyinin Təbliğat bürosunda çalışan vaxtlarda şair
Ağacavad Əlizadə hərdən iş otağıma gələr, bir xeyli oturar, olandankeçəndən
danışardı. Bir dəfə o, belə bir məsəl çəkdi:
– Qədim zamanlarda bir şah varmış. O, çox qocalıbmış, öləndən
sonra taxt-taca sahib olası övladı yoxmuş. Günlərin bir günü şah
özündən xeyli cavan vəzirini yanına çağırıb deyir:
– Vəzir, özümdən sonra taxt-taca səndən layiqli adam görmürəm.
Ancaq səni bir də sınayacağam. Sənə qırx gün vaxt verirəm. Get gəz,
114
dolan, dünyada ən axmaq adamın kim olduğunu tap mənə de. Əgər
ən axmaq adamı tapıb onun axmaqlığını sübut eləməsən, şahlıqdan
əlini üz.
Vəzir ən axmaq adamın axtarışına çıxıb kəndlər, şəhərlər dolaşır.
Rast gəldiyi axmaqların siyahısını tutur, ancaq hər dəfə daha axmağa
ürcah olanda bilmir neyləsin. O, otuz doqquz gün beləcə dolaşıb
kor-peşman geri qayıdanda ən axmaq adamı tapır və qırxıncı gün
özünü şahın hüzuruna yetirir.
– Şah sağ olsun! Dünyada ən axmaq adamı tapmışam! – deyir.
Şah soruşur:
– Kimdir o axmaq adam?
Vəzir deyir:
– Qibleyi-aləm! Otuz doqquz gün kəndlər, şəhərlər dolaşdım. Ancaq
axtardığımı qırxıncı gün tapdım. Uzaq bir şəhərdə gördüm ki,
hamı baş meydana yığışıb. İki adamı hündür daşların üstünə çıxartmışdılar.
Şəhər əhalisi növbə ilə bir-bir onlardan birinin üzünə tüpürüb,
ikincisinin əlini sıxıb keçirdi. Soruşdum ki, bu nə əhvalatdır?
Dedilər ki, üzünə tüpürdüyümüz şəhərin köhnə başçısıdır, əlini sıxıb
təbrik etdiyimiz təzə başçısı.
Öz-özümə dedim ki, bu əli sıxılıb təbrik edilən adamdan da dünyada
axmağı varmı? Aqibətini görə-görə niyə təbrik edilməyinə sevinib
şadlanır?
ANAR
1991-ci ilin martında Azərbaycan Yazıçılar Birliyinin doqquzuncu
qurultayında yazıçı Anar ikinci dəfə Birliyin sədri seçiləndən sonra
ilk dediyi bu oldu:
– Bu vaxta qədər necə işləmişəmsə, bundan sonra da elə işləyəcəm.
Artıq heç nə vəd eləmirəm.
P.S. 2004-cü ildə keçirilən yazıçıların növbəti qurultayında yenidən
Yazıçılar Birliyinin sədri seçilən Anar beş il əvvəl verdiyi vədi təkrar
etdi.

* * *
1992-ci ilin martında Respublika prezidenti Ayaz Mütəllibov istefa
verdi. Ölkədə qarışıqlıq yaranmışdı. Yeni prezident seçkisinə qatılmaq
istəyənlərin sayı durmadan artırdı. Müxtəlif qurumlar, ictimai
təşkilatlar bir ucdan namizədlərini irəli sürürdülər.
Günlərin bir günü ağıldanseyrək, orta yaşlı qadın yazıçı Yazıçılar
Birliyinin sədri Anarın yanına gəlib deyir:
– Anar müəllim, istəyirəm mən də prezidentliyə namizədliyimi
verəm.
Anar təəccüblənsə də, təmkinlə cavab verir:
– Verin də!
Qadın yazıçı əzilib-büzülür:
– Namizədliyimin Yazıçılar Birliyi tərəfindən olmasına necə baxırsınız?
Anar həmişəki hazırcavablıqla dillənir:
– Bizim öz namizədimiz var!
Qadın yazıçı təəccüblə soruşur:
– Kimdir?
Birliyin sədri ciddi görkəmlə zarafat edir:
– Vidadi Babanlı!
Qadın yazıçı məsğərəyə qoyulduğunu anlamayıb “Bağışlayın! Bağışlayın!”
deyə-deyə qapıdan çıxır.
* * *
1996-ci ilin yazında Yazıçılar Birliyində yazıçı Rafiq Tağı ilə görüş
keçirilirdi.
Onun haqqında çıxışa başlayan şair Böyükkişi Heydərli özünəməxsus
şəkildə sözləri sonalaya-sonalaya, uşağı əzizləyib oynadırmış
kimi dilinin üstə atıb tuta-tuta dedi:
– Polislər böyük Nazim Hikməti həbsxanaya salarkən onun çəkmələrini
soyunduranda gördülər ki, şairin corabının dabanı cırıqdır. Bəli!
Həmişə dahilərin corabının dabanı cırıq olur!

Görüşdə iştirak edən yazıçı Anar yerindən ərklə Böyükkişiyə dedi:
– Böyükkişi, vallah, bu dəqiqə mənim də bir corabımın dabanı cırıqdır.
* * *
Anarın 70 illik yubileyi ərəfəsində Ankarada təmtəraqlı məclis qurulur.
Tanınmış alimlər, yazıçılar, digər sənət adamları, rəsmilər ürək
sözlərini deyirlər. Hədiyyələrin çoxluğunu görən Anar zarafat edir:
– Bu hədiyyələri Bakıya aparmaq üçün gərək ya xüsusi uçaq tutam,
ya da Bakı-Tiflis-Qars dəmir yolunun (o zaman belə bir layihə haqqında
söhbət gedirdi) açılmasını gözləyəm.
VƏTƏNDAŞ
Yazıçı Elçin tənqidçi alim Yaşar Qarayevin uşağının dünyaya
gələcəyini bildiyindən onun danışıq tərzinə uyğun olaraq alim dostundan
soruşur:
– Yaşar müəllim, yeni vətəndaş dünyaya gəldimi?
Yaşar Qarayev qısaca cavab verir:
– Gəldi.
Elçin:
– Qızdır, oğlan?!
Yaşar Qarayev:
– İkincisindəndir.
KİTAB ŞKAFI
Dedektiv romançı Çingiz Abdullayev tez-tez çıxan təzə kitablarını
yazıçı Elçinə də bağışlayırmış. Növbəti dəfə o, yenə təzə kitabını
qələm dostuna bağışlayanda Elçin deyir:
– Çinqiz, bu qədər kitabın çıxır, gətirirsən, bilmirəm onları hara yığım,
bəlkə sən mənə bir kitab şkafı da alıb bağışlayasan?!

PARTİYAYA ÜZVLÜK HAQQI
Gənc yazıçı Maqsud İbrahimbəyov Yazıçılar İttifaqında ilk partiya
təşkilatının katibinə yaxınlaşıb deyir:
– Mən partiyanın (Kommunist partiyasının) hesabına əlavə üzvlük
haqqı köçürtmək istəyirəm.
İlk partiya təşkilatının katibi soruşur:
– Gəlirin haradandır?
Gənc yazıçı cavab verir:
– Qumarda udmuşam.
İlk partiya təşkilatının katibi nə qədər etiraz etsə də, gənc yazıçı
inadından dönmür.
İlk partiya təşkilatının katibi rayon partiya komitəsinin razılığını
aldıqdan sonra gənc partiyaçının qumardan udduğu pula uyğun üzvlük
haqqını qəbul edir.
Bu hal bir neçə dəfə təkrar olunur. Bir dəfə Maqsud İbrahimbəyov
yazdığı kinossenariyə görə yüksək qonorar alır. İlk partiya təşkilatının
katibi gənc yazıçının üzvlük haqqını gecikdirdiyini görüb ondan partiyaya
borcunu tələb edir. Maqsud İbrahimbəyov üzvlük haqqını
verməkdən boyun qaçırdıb deyir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Brilliant Dadaşova Namiq Qaraçuxurludan nəyi xahiş edib?

    Brilliant Dadaşova Namiq Qaraçuxurludan nəyi ...

    27-05-2013, 00:23

  • 
  • Bu gün Namiq Qaraçuxurlunun toyudur

    Bu gün Namiq Qaraçuxurlunun toyudur ...

    12-10-2015, 13:15

  • 
  • Namiq Qaraçuxurlunun ikinci evliliyi: niyə toyundan danışmaq istəmədi?

    Namiq Qaraçuxurlunun ikinci evliliyi: niyə ...

    15-11-2014, 12:17

  • 
  • "Ağır günlər keçirirəm" - Namiq Qaraçuxurlu

    "Ağır günlər keçirirəm" - Namiq ...

    10-10-2013, 11:40

  • 
  • Namiq Qaraçuxurlu polis bölməsinə aparılıb

    Namiq Qaraçuxurlu polis bölməsinə aparılıb ...

    9-08-2013, 14:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu