GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ

AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ

Tarix: 4-07-2017, 20:24 Bölmə :Mədəniyyət Baxış: 544
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ


Ötən şənbə "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının yaratdığı mətbuat muzeyini görmək üçün redaksiyalarına yollandım.

Özümün də Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı muzey ideyam olduğu üçün həm Akif bəyin topladığı materiallarla tanış olmaq, həm də onun təcrübəsindən yararlanmaq istəyirdim.

... "Azərbaycan” nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyaya həmkarım Ruslan Rəhimovla bərabər getdik. Bizi səmimi şəkildə qarşılayan Akif bəy zaman itirmədən üç otaqda təşkil etdiyi muzeyi ilə tanış etməyə başladı.

Akif bəyin illərdir bu sahədə araşdırmalar apardığını bilirdim, mətbuat tariximizlə bağlı iki cildlik kitabını və digər əsərlərini də oxumuşdum. Özüm də illərdir bu sahə ilə məşğul olduğum üçün necə əziyyətlə başa gəldiyini anlayırdım.

...Akif bəy bizi ilk guşə ilə tanış edir: "Məhəmməd Əmin Rəsulzadənin burada gördüyünüz mühacirətdə çap etdiyi "İstiqlal” qəzetinin 64 sayına təxminən 1500 türk lirəsi ödəmişik. Onları Mətbuat Şurasına vermişik. Millət vəkili Cavanşir Feyziyevin də, Mətbuat Şurasının sədri Əflatun Amaşovun da belə bir ideyası var idi. Bu qəzeti onlar aldı, ona görə də şuraya təqdim etmişəm. Şahtaxtlının çap etdiyi "Şərqi Rus” qəzetinin 15 sayını aldıq. Biri təxminən 70-80 lirə idi. Bir dənəsi qalıb, o da 100 lirədir. Qalan materialları isə öz pulumla almışam”.

"İstiqlal” qəzetinin yerləşdiyi guşədə həmçinin mühacir azərbaycanlıların çap etdikləri "Türk izi”, "Mücahit”, "Azerbaycan” kimi jurnallar, Rəsulzadənin "Azərbaycan şairi Nizami”, Əhməd bəy Ağaoğlunun "Könülsüz olmaz” kitabları sərgilənir.

Akif bəy növbəti guşə ilə bizi tanış edir: "Bu gördüyünüz "İşıq” qəzetinin orijinalıdır. Məndə 5 nüsxəsi var, yalnız birini sərgiləyirik. Bu sənədləri isə Xədicə xanım Əlibəyovanın nəvəsi verib. Xədicə xanımın 1908-ci ildə çəkilən fotosudur. O, 1911-ci ildə nəşr olunan bu qəzetin redaktoru olub. Xədicə xanıma sonralar əmək fəaliyyətinə görə verilən mükafatı da nəvəsi bizə təqdim edib. 1920-ci illərdə Azərbaycan mühacirlərinin çap etdiyi Həsən bəy Zərdabinin təsviri olan açıqcanı da əldə etmişik”.

İkinci guşədə "Molla Nəsrəddin” (11 sayı), "Füyuzat”, "Dəbistan, "Məktəb” jurnalları, Şamil Qurbanovun eynəyi və makina yazısı, 1960-1970-ci illərin diktofonu, dönəmə aid fotoaparatlar, Hamlet Qasımovun vəsiqəsi, Sabir haqqında nadir kitab, Üzeyir Hacıbəylinin iş masasında çəkilmiş fotosu, Əhməd bəy Ağaoğlunun bir fotosunun neqativi, mətbuatla bağlı nişanlar, mürəkkəb qabları sərgilənir. Guşələrin yerləşdiyi otaqlarda divarlara Cəlil Məhəmmədquluzadənin, Məhəmməd ağa Şahtaxtlının, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin və başqalarının portretləri asılıb. Bu portretlər dəyərinə görə 150-300 manata hazırlanıb.

Akif bəy mətbuat tarixi ilə bağlı dövlət arxivlərindən əldə etdiyi sənədlərin surətini göstərir və maraqlı bir bilgini bölüşür: "1911-ci ildə Azərbaycanda jurnalistlərin kütləvi həbsi olub. Oruc Orucov, Əhməd Kamal daxil olmaqla 8-ə yaxın jurnalistin evində türk izi axtarıblar. Əldə etdiyimiz sənədlərin içində bu fakt da var”.

Muzeydə "Kaspi” qəzetinin qonorar siyahısının, Tağıyevin İsa bəy Aşurbəyliyə mətbəə satması ilə bağlı sənədin də surətləri var.

Akif bəy sonuncu guşədəki materiallarla bizi tanış edir: "Bu, Cənubi azərbaycanlıların 1950-ci illərdə Türkiyədə çap etdikləri "Ümid” qəzetidir. 11 sayı var. Təxminən 180 lirəyə almışam. Yenə güneylilərin çap etdiyi "Vətən yolunda” qəzeti var. Müxtəlif jurnal və qəzetlərin senzura sənədlərinin surətlərini toplamışam. Muzeydəki kitabxanada isə mətbuat tarixi ilə bağlı kitablar toplanıb. Kim istəsə, gəlib rahat şəkildə tədqiqat apara bilər”.

Muzeydəki ən qədim qəzetin isə 136 yaşı var: "Gördüyünüz bu qəzet 1881-ci ildə nəşr olunan "Ziya” qəzetidir. Orijinaldır...”

... Akif Aşırlının Mətbuat muzeyindən xoş təəssüratlarla ayrılırıq. Arzu edirik ki, muzey daha da zənginləşsin, daha geniş məkana köçürülsün.

AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
AZƏRBAYCANDA JURNALİSTLƏRİN KÜTLƏVİ HƏBSİ OLUB - "ŞƏRQ"DƏN REPORTAJ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Muradverdiyevin məhkəməsi olacaq

    Akif Muradverdiyevin məhkəməsi olacaq ...

    8-11-2013, 14:45

  • 
  • “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir əlaqəsi olmayıb”

    “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir ...

    20-11-2013, 12:57

  • 
  • Eldar Mahmudovun ilk həyat yoldaşını Akif Çovdarov öldürüb - ŞOK İDDİA

    Eldar Mahmudovun ilk həyat yoldaşını Akif ...

    18-11-2015, 15:55

  • 
  • Hansı jurnalistlərə ev verildi (SİYAHI)

    Hansı jurnalistlərə ev verildi (SİYAHI) ...

    21-07-2013, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu