Hazırda həbsdə olan prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev onun bu günlərdə saxlanmış biznesmen Vaqif Musayevlə guya əlaqəsi olması ilə bağlı mediada yazılan məlumatları təkzib edib.
“Bu, “Yeni Müsavat” qəzetinin uydurmasıdır. Mənim Vaqif Musayev adlı adamla heç zaman əlaqəm, görüşüm olmayıb, onu üzdən tanımıram, yalnız adını eşitmişəm”, - A. Muradverdiyevin adından onun vəkili Rəşad Mirmehdizadə bildirib.
Xatırladaq ki, bir sıra KİV bu günlərdə keçmiş AMİP-çi biznesmen V. Musayevin polis tərəfindən saxlandığını yazıb. Mediada V.Musayevin saxlanması Akif Muradverdiyev , Nicat Quliyev və Milli Şura arasında əlaqələrin olması ilə əlaqələndirilib və yeni həbslərin olacağı yazılıb.
Rəsmi məlumatlarda V. Musayevin qanunsuz silah saxlamaqla bağlı saxlandığı bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?