Bir neçə müddətdir Lider TV-də işçilərə əmək haqqı ödənişləri ilə bağlı çətinliklər yaranıb.
Kanaldan verilən məlumatda əməkdaşların artıq 4 aya yaxındır ki, ödənişsiz işlədikləri bildirilir. Son günlər isə, telekanalda, ümumiyyətlə böyük ixtisarların olacağı və yalnız xəbər proqramlarının saxlanılacağı barədə məlumat yayılıb. Deyilənlərə görə, digər mövzulu proqramları müəyyən prodaşnlardan müqavilə ilə almaq nəzərdə tutulub.
Lider TV-dən verilən rəsmi açıqlamada telekanalın 24 saatlıq yayımdan 14 saatlıq yayıma keçəcəyi bildirilib. Bu barədə kanalın mətbuat katibi Sədan Bünyadova danışıb:“Telekanal rəhbərliyi belə qərar verdi ki, saat 08:00-dən gecə 02:00-yədək yayım edək. Bundan sonra ağırlığı daha çox xəbər buraxılışlarına verəcəyik. Çünki insanların həmişə xəbərə ehtiyacı var”.
Maarifləndirici xarakterli proqramların efir həyatına davam edəcəyini bildirən kanal rəsmisi şou verilişlərə daha az yer veriləcəyini açıqlayıb. "Lider"TV-də yayımlanan “Lider maqazin” proqramı barədə danışan S.Bünyadova bunları deyib:
“Maqazin və şou-bizneslə bağlı olan hadisələr də çox izlənildiyi üçün “Lider maqazin” proqramı davam edəcək. Nəticədə, onlar da xəbər sayılır”. S.Bünyadovanın verdiyi açıqlamaya görə, telekanalda yayımlanan digər maqazin proqramı “Bu bizik Toliklə” verilişinin isə aqibəti hələ ki, bəlli deyil. /publika.az
Sorğu
Yeni dizaynımız necədir?