Xəbər verdiyimiz kimi, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.
Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı onun yaxın qohumu, xalası qızı Cənnət Səlimova məlumat verib. Xalq artisti bildirib ki, Lütfi Zadə sağlığında Bakıda dəfn olunmağı arzu edib:
“İstəyirdi ki, Bakıda dəfn olunsun. Oğlu da deyir ki, atam necə istəyibsə, elə də olacaq”.
Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova isə alimin nəşinin Azərbaycana gətiriləcəyini təsdiqləyib:
“Bəli, onun vəsiyyətinə əməl ediləcək. Artıq bütün sənədləşmələr hazırdır. Biz öncədən bütün sənədləri hazırlamışdıq. Hazırda onun nəşi morqdadır. Sənədlər və Azərbaycana gətirilməsi barədə ödənişlər oğlu tərəfindən edilib. Azərbaycana gətirilməsi prosesi 7-10 gün çəkəcək. İslam dininə uyğun şəkildə dəfn edilməsini vəsiyyət edib. Bundan başqa, o, “Soft Commuting” konfransının hər iki ildən bir keçirilməsini məndən xahiş etdi."/Qaynarinfo.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?