“Ayə, hara gedisən, ayə" ifasına deputat Fazil Mustafa da münasibət bildirib.
Deputat fikirlərini sosial media hesabında yayımlayıb: “Müasir Azərbaycan gənci... Adam ik öncə bir epizodla AzTV-dəki gənc obrazı ilə cəmiyyətin arzuladığı gənc obrazındakı fərqi göstərib. Əslində bu musiqiçinin istedadı barədə bir şey söyləməkdən çəkinirəm, başqa çıxışlarını izləməmişəm, ola bilsin ki, haqsızlıq edərəm. Ancaq "Hara gedisən, ayə" ifadəsində çox güman ki, cəmiyyətə üstüörtülü sual verib ki, bu Arif Alışanovla AzTV kimi dövlət büdcəsindən maliyyələşən televiziya "hara gedir e..." Bu qədər tamaşaçı zövqünə sayğısızlıq, bu qədər səviyyəni aşağı salmaq olmaz axı...”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?