GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » BİZİM KOMİSSAR KATTANİ

BİZİM KOMİSSAR KATTANİ

Tarix: 29-03-2018, 12:50 Bölmə :Mədəniyyət Baxış: 411
BİZİM KOMİSSAR KATTANİ


“Paytaxt sakininin dəm qazından boğulub ölməsi ilə əlaqədar cinayət işi başlanılıb” – AzərTac xəbəri belə yazmışdı. Onu sıradan biri kimi təqdim etmək üçün daha nə fikirləşmək olardı?: Bəli, o, Bakının dörd milyon sakinindən biri idi. Dünyada yaşayan səkkiz milyard, ölüb getmiş yüz milyard bəşər övladından biri idi. Ölkəmizdəki yüzlərlə hüquqşünasdan, minlərlə jurnalistdən biri idi. Ona şəxsiyyət vəsiqəsi vermiş daxili işlər nazirinin gözündə böhtançı idi. Çəkişdiyi müstəqil olmayan məhkəmə hakimlərinin gözündə şeytanın vəkili idi.

Amma o, həm də indiki informasiya bolluğu şəraitində əsl həqiqəti arayan oxucunun gözündə Ədalət İlahəsinin adını daşıyan “Femida” qəzetinin baş redaktoru idi. Haqqı tapdalanmışlar üçün insan və vətəndaş hüquqlarının etibarlı müdafiəçisi idi. Seçicisinin gözündə səsi oğurlanmış gerçək millət vəkili idi.
Jurnalist həmkarlarından hüquq məsləhətlərini əsirgəməzdi, əlindən gələn köməyi göstərərdi. Birdəfəlik deyil, bir ömürlük nəsihətlər verərdi. Gözəl də müsahib idi. Ölkə həyatında geniş rezonans doğuran hadisələrə ən dürüst şərh verməyi bacaran fəal ictimai xadim idi. O, Əyyub Kərim idi…
Orta əsr ispan mütəfəkkiri Baltasar Qrassian deyib ki, qəhrəmana rəğbət bəsləmək məhz qəhrəmana xas xüsusiyyətdir. Bu gizli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir.Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Rəğbət olan yerdə nəyə isə inandırmaq üçün sözə, əldə etmək üçünsə zəhmətə ehtiyac yoxdur. Belə əsrarəngiz meyl öz-özünə yaranmasa, heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz. Əyyub Kərimə də çoxları, elə bu sətirlərin müəllifi də rəğbət bəsləyirdi. Ancaq onun özünün kimə, kimlərə rəğbət bəsləməsi də çoxlarına məlum deyildi. Redaksiya kabinetində İtaliya kinematoqrafçılarının ərsəyə gətirmiş olduqları “Sprut” mafiya serialının qəhrəmanı komissar Kataninin böyük şəklini asmışdı. Baş redaktorun stellaj rəflərində həmçinin suvenir tapançalar, oyuncaq muşketlər diqqəti çəkirdi. Otaqdakı əşyaların müşahidəsi belə nəticə çıxarmağa əsas verirdi ki, Əyyub Kərim prinsipial Korrado Kattani obrazına rəğbət bəsləyir. Eynən komissar kimi ədalətsizliyə qarşı barışmazdır. Həmin filmin mənfi qəhrəmanlarından olan vəkil Terrazini kimilərə nifrət edir. Mafiyaya satılmış müstəntiqlərə, prokurorlara qarşı qeyri-bərabər imkanlarla da olsa, savaşır. Azərbaycandakı SPRUT ilə mübarizə aparır.
Kattani obrazını sevdiyi qədər də komissar rolunu məharətlə oynayan məşhur aktyor Mikele Plaçidonu sevirdi. Bilirdi ki, Plaçido yaratdığı qəhrəmanın gözdən düşməməsi üçün onun öldürülməsini rejissorun qarşısına tələb kimi qoyub. Başqa sözlə, qurban verib, serialın çox uzanmasına razı olmayıb. Təbii ki, vəd olunan pullardan da imtina edib.
Çox güman, Əyyub Kərim sağlığında öz ölümü barədə fikirləşmiş, hüquq müstəvisində çəkişmələrdə kürəklərini yerə vurduğu imkanlı, yüksək mənsəbli şəxslərdən biri və ya bir qrupu tərəfindən öldürülə, eynən komissar Kattani kimi küçənin ortasındaca güllələnə biləcəyini də təsəvvür etmişdi. Hərçənd, insanın ölümü onun ölümə münasibətini ifadə edən formada səhnələşməyə də bilər. Dəm qazından boğulub öləcəyi heç kəsin ağlına gəlməzdi. Tanıyanıar bilir ki, naqolay təsadüflərdən ehtiyatlanan adamdı. Bəlkə də 2 mart 2018-ci il tarixdə evində duş qəbul edərkən, ilk və son səhlənkarlığına yol vermişdi. İlk əvvəl onun da ölümü faktı ilə barışmayanlar, başqa səbəblər axtaranlar oldu. Bu cəhdlərdə bulunanları da başa düşmək olar. Onlar təxminən belə düşünürlər: “Əyyub müəllimi aramızdan aparan gün təqvimin sıradan bir səhifəsi olmamalıydı, hansısa əlaməti ilə seçilməliydi. Ölüm mələyi onunla hamıyla davrandığı kimi davranmamalıydı. Bu, başqa vaxt, başqa cür baş verməliydi…”
Mətbuat Şurasının nekroloqu özünü çox gözlətmədi. Qeyd olundu ki, Əyyub Kərimov Şuranın qurucularından olub, bir vaxtlar Rəyasət Heyətinin üzvü kimi hüquq komissiyasına sədrlik edib. Niyə heyət üzvlüyündən kənarlaşıb; niyə komissiya sədrliyinin daşını atıb; niyə qalıb KİVDF-nin pul bölgüsündə, ev pay-püşkündə iştirak etməyib; olmaya, Bizim Komissar Kattani aparıcı media cameəsində SPRUTla rastlaşıb? – Bütün bunlar əlbəttə ki, cavabı nekroloqun mətnində axtarılası suallar deyillər. Bir o bəllidir ki, Allahın bəxş etdiyi həyat payını Əyyub Kərim şərəflə yaşadı. Üzüağ, alnıaçıq, başıuca ömür sürdü. Rəhməti də elə bu dünyada qazandı. Getdi və özü ilə bir çox sirləri apardı. Məkanı cənnət olsun!

Pünhan Şükür,
“Dərkənar” qəzetiin baş redaktoru
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Liverpul"un arzusunu gözündə qoydu

    "Liverpul"un arzusunu gözündə qoydu ...

    23-01-2017, 21:36

  • 
  • Gənc ər və arvad dəm qazından boğulub

    Gənc ər və arvad dəm qazından boğulub ...

    5-12-2013, 11:49

  • 
  • Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi

    Ailəmin dağılmasında bir çox səbəblər oldu. ...

    29-11-2014, 23:36

  • 
  • Sədr müavini: "Ən böyük problemlərdən biri vakant vəzifələrin təqdim edilməməsi idi"

    Sədr müavini: "Ən böyük problemlərdən biri ...

    14-02-2017, 11:42

  • 
  • İradədən Röyaya sərt cavab: “Onların gözündə “Röya xala” olmusansa…”

    İradədən Röyaya sərt cavab: “Onların gözündə ...

    12-12-2017, 17:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu